Yuxarı

Şuşaya ikinci paytaxt statusu

Şuşaya ikinci paytaxt statusu

Dilavər Əzimli: “Bunun üçün oranı hərblə geri almalıyıq”

Rusiyada bir sıra ziyalılar Ukraynadan ilhaq edilmiş  Sevastapol şəhərinin ikinci paytaxt elan olunması təklifi səsləndirilib. Rusiya bununla Krıma olan iddiasını legitimləşdirmək istəyir. Bununla da dünyada Krımın Rusiyaya məxsus olması fikrini gücləndirmək məqsədi güdür.

Tarix boyu bir sıra ölkələrdə ölkənin iqtisadi paytaxtı və yaxud ikinci mərkəzi hesab olunan şəhərlər olub. Məsələn, İstanbul Türkiyənin, Kutaisi Gürcüstanın ikinci paytaxtı elan olunması ilə bağlı qərarlar verilib. Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Türklərin Anadoluya gəlişi isə XI əsrə təsadüf edir. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub eden səlcuqlular paytaxtı İznikdə olan türk dövlətinin əsasını qoydular. XIII əsrin sonlarında səlcuqluların zəifləməsi fonunda Anadolunun şimal-qərbində qərar tutun osmanoğulları güclənməyə başladılar. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan yeni siyasi idarəçilik forması - Osmanlı quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Maraqlıdır, bəs görəsən ermənilərin işğalı altında olan Şuşa Azərbaycanın ikinci paytaxtı elan edilə bilərmi?

Tarixçi alim Dilavər Əzimbəyli “Cümhuriyət”ə bildirib ki, ümumi yanaşsaq paytaxt məsələsi ciddi əhəmiyyət kəsb etmir:

“Vaxtı ilə türklər Ədirnəni, Bursanı və İstanbulu başkənt adlandırdılar. Eləcə də Azərbaycanda da Bakı da, Gəncə də, Şuşa da başkənd sayıla bilər. Sevastopol şəhərinin ikinci paytaxt elan olunması məsələsində Rusiya bir qədər kobudluğa yol verirlər. Şəhərə Sevastopol adını Rusiya verib. Bu şəhərin adı tamamilə başqadır.Şuşanı Azərbaycanın başkəndi elan olunması üçün öncə Şuşanı işğaldan azad etmək lazımdır.

Şuşanı o vaxt başkənd elan etmək olar ki, biz oranı müharibə edib geri qaytaraq. Şuşa tək Azərbaycanın yox, bütün türk dünyasının başkəndidir, kültür mərkəzidir. Bəli, Şuşa bizim üçün bu dərəcədə əhəmiyyətlidir. Əgər Qarabağ bir üzükdürsə, Şuşa onun qaşıdır. Bu qaş daima bizim ürəyimizdədir. Tam razıyam ki, tək başkənd yox, Şuşa bütün türk dünyasının başkəndlərindən biri elan olunsun. Qarabağ məsələsi bütün türk və müsəlman dünyasının ayağa qaldırdı. Qarabağ məsələ türk dünyasını birləşdirdi. Bu, olduqca çox ciddi məsələdir”.

Y.Oqtayqızı





Həftənin ən çox oxunanları