Yuxarı

İctimai Fikir Akademiyasında “Qarabağ münaqişəsində xalqın vahid mövqeyi”

İctimai Fikir Akademiyasında “Qarabağ münaqişəsində xalqın vahid mövqeyi”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) bu gün “Qarabağ münaqişəsində xalqın vahid mövqeyi” mövzusunda növbəti ictimai müzakirəsini keçirir. Tədbirin eksperti, ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovdur. Cebhe.info xəbər verir ki, bu gün keçirilən tədbirdə “Prezidentlərin son Viyana görüşünün nəticələri: Ermənistan ətraf rayonların qaytarılması təklifini qəbul edə bilərmi? Bunun üçün Ermənistana yetərli beynəlxalq təziqlər varmı? ABŞ-ın dövlət katibi Con Kerrinin prezidentlərin son görüşündə iştirak etməsi nəticəyə hansı təsiri göstərə bilər? Sülh danışıqlarının uzadılması Azərbaycan xalqının maraqlarına nə dərəcədə xidmət edir?” sualalrı ətrafında geniş müzakirələr aparılır. Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai birliklərin, ziyalıların və digər söz sahibi olan təşkilatların və ən əsası Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid mövqeyini ortaya qoymaq üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifiylə çıxış edib. Artıq təklif geniş ictimai müzakirəyə çıxarılıb və Şuranın tam formalaşması istiqamətində önəmli addımlar atılıb. Bu gün keçirilən “Qarabağ münaqişəsində xalqın vahid mövqeyi” başlıqlı ictimai müzakirədə də hərbi ekspert Üzeyir Cəfərovun iştirakı ilə Qarabağ probleminin həllində xalqın mövqeyinin, düşüncəsinin, xalq-hakimiyyət vəhdətinin vacibliyi geniş müzakirə edilir. Tədbirdə çıxış edən hərbi-eksper Üzeyir Cəfərov son zamanlar cəbhə xəttində yaşanan hərbi aktivlikdən, Qarabağ problemi ilə bağlı aparılan iki ölkə arasında, eləcə də beynəlxalq danışıqları şərh edib, son durum barədə ətraflı məlumat verib. Azərbaycan və Ermənistan ordusunun maddi-psixoloji durumunu da müqayisə edərək, Ermənistan ictimaiyyətinin təlaş, qorxu içşərisində olduğunu bildirib. Bu təlaşın nəticəsi olaraq yaxın zamanlarda Ermənistanda hakimiyyət çevrilişinin ola biləcəyini deyib. O qeyd edib ki, nəinki Qarabağda döyüşmək, Azərbaycan ordusunun son uğurundan sonra artıq mülki əhali Qarabağda yaşamaq belə istəmir. Vilayət Muxtar





Həftənin ən çox oxunanları