Yuxarı

Eldar Mahmudov ölkəni tərk edib?

Eldar Mahmudov ölkəni tərk edib?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifədən azad edilən və adı bir sıra cinayətlərdə hallanan rəhbəri, general Eldar Mahmudovun harada olması barədə müxtəlif versiyalar səslənir. Onun vəzifədən çıxarıldıqdan sonra həbs edildiyi deyilsə də, bəzi mənbələr onun ev dustaqlığında saxlanıldığını bildirdi. Bakı kəndlərindəki evlərindən birində dustaq kimi saxlanılan Eldar Mahmudovu silahlı mühafizə dəstələrinin mühafizə etdiyi deyilir. Lakin məsələ rəsmi təsdiqini tapmayıb. Bəzi versiyalara görə isə Eldar Mahmudovun ölkəni tərk etdiyi bildirilir. Həmin versiyalara görə, Mahmudov Danimarkaya ailəsinin yanına gedib. Qeyd olunur ki, bir müddət əvvəl Mahmudova qarşı cinayət işinin qaldırılacağı ilə bağlı yayılan məlumatların rəsmi şəkildə təsdiq edilməməsi də bundan qaynaqlanır.

Belə ki, Mahmudovun ölkədə olmamasını nəzərə alan hüquq- mühafizə orqanları sabiq nazir barəsində cinayət işinin açılmasını məqbul bilmir.

Qeyd olunur ki, Mahmudovun ölkədən çıxarılmasında onun müavini olan Çovdarovun gizli əlaqələri yardımçı olub. Bu əlaqələri işə salana qədər həyəcan keçirən Çovdarovun səhhətinin pisləşməsi də bununla əlaqədardır.

Lakin ehtimal ki, bu həm də qəsdən dövriyyəyə buraxılmış məlumatdır və arxasında hansəsa məqamlar dayanır. Əslində isə Eldar Mahmudov deyilən kimi ev dustaqlığındadır.

 





Həftənin ən çox oxunanları