“Azərbaycanda bir gündə (və ya qısa zaman kəsiyində) 85 nəfərin həbs olunduğunu xatırlamıram. Deyəsən Ankaradan Bakıya növbəti "nurçu siyahısı" göndərilib”. Cebhe.İnfo xəbər verir ki, bunu öz facebook səhifəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O, əlavə edib ki, Ərdoğanın bir neçə ay başı PKK ilə mübarizəyə qarışmışdı, Gülən sanki arxa plana keçmişdi: “Ancaq son 10 gündür Ərdoğan "Türkiyəyə qarşı PKK paralel dövlət işbirliyi var" deyib tutur. Türkiyədə yenidən Gülənə yaxın işadamlarının həbsinə başlanılıb, məktəblərdə isə yoxlamalar həyata keçirilir. Odur ki, Ankara Bakının da qaldığı yerdən nurçulara qarşı mübarizəsini davam etməsini xahiş edib. Nurçularla əlaqədə şübhəli bilinən iki keçmiş deputata YAP-ın siyahısında yer tapılmadı, indi də 85 nəfərlik həbs. Türkiyədə 1 noyabr parlament seçkisinin nəticəsi nurçulara qarşı mübarizənin yönünü də müəyyənləşdirəcək. Əgər AKP qələbə çalıb növbəti dəfə təkbaşına hökumət qurmaq imkanı qazansa nurçuların qanı getdi, yox əgər AKP koalisiya qurmaq məcburiyyətində qalacaqsa nurçulara qarşı mübarizə zəifləyəcək. Bu arada, Gülən tərəfdarları Ərdoğana növbəti zərbə vurmaq üçün vaxt qazanacaqlar. Çünki mümkün koalisiya ortağı - CHP-nin nurçularla mübarizə aparmaq həvəsi və məqsədi yoxdur. Rəsmi Bakı da nurçulara qarşı mübarizəni davam etdirib etdirməməyi Türkiyədə parlament seçkisinin nəticəsinə görə qərar verəcək”. Cavad
- Ana səhifə
- Cəmiyyət
- “Ankaradan Bakıya növbəti "nurçu siyahısı" göndərilib”- POLİTOLOQ
“Ankaradan Bakıya növbəti "nurçu siyahısı" göndərilib”- POLİTOLOQ
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi