Yuxarı

Vahid Qərar Şurasının Məclisi yaradılır

Vahid Qərar Şurasının Məclisi yaradılır

AXCP 3 ay əvvəl Vahid Qərar Şurası ideyası ilə bağlı təklif irəli sürüb və bu ilin 29 aprel tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) geniş ictimai müzakirə keçirib. Eyni zamanda, sözügedən təklif ayrı-ayrı elm, ictimai-siyasi xadimlərlə birgə AXCP-nin tərkibində fəaliyyət göstərən “İctimai Fikir Akademiyası”nda vaxtaşırı müzakirəyə çıxarılır.

Cebhe.info xəbər verir ki, növbəti dəfə 15 iyul, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində “Vahid Qərar Şurası”nın geniş ictimai müzakirəsi keçiriləcək.

Cebhe.info xəbər verir ki, müzakirələrin nəticəsindən asılı olaraq tədbirdə VQŞ-nın ilkin formatda məclisinin formalaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, cəmiyyətdə nüfuza malik şəxslərin “Vahid Qərar Şurası”na cəlb olunmaları məqsədiylə müxtəlif QHT rəhbərləri, siyasi partiyaların nümayəndələri, media rəhbərləri və ziyalılar, ictimai fəallarla 60-dan çox görüş keçirilib. Görüşlərin nəticəsi olaraq VQŞ hər kəs tərəfindən müsbət, məqsədəuyğun qarşılanıb.

Mənsur





Həftənin ən çox oxunanları