Yuxarı

Əli Kərimlinin oğlu ABŞ-da pul “dilənir"

Əli Kərimlinin oğlu ABŞ-da pul “dilənir

“Yurd” sədri siyasi biznesə oğlunu da qatdı

“Yurd” sədri Əli Kərimlinin oğlu Türkel Kərimli ABŞ-ın paytaxtı Vaşinqtonda olub. O, Vaşinqtonda QHT və maliyyə fondlarının əməkdaşları ilə görüşlər keçirib. Halbuki “Yurd” sədrinin əlində olan xəbər resursları və tərəfdarları Türkel Kərimlinin ABŞ-da nüfuzlu siyasi dairələrdə görüşlər keçirdiyini iddia edirlər. Gerçəkdə isə “siyasi dairələr” kimi qələmə verilən həmin mərkəzlər kənar dövlətlərdəki bir sıra siyasi partiyalara qrant ayıran fondlardır.

Oğul Kərimlinin okeanın o tayında nə işi vardı?

Türkel Kərimlinin Vaşinqton səfəri atası Əli Kərimlinin özünü biabır etməsinin növbəti nümayişidir. Görünür ki, fondlar “Yurd” sədrinin hesabına ianə köçürmələrini gecikdiriblər. Nəticədə əli hər yerdən üzülən Əli Kərimli Türkel Kərimlini işə salıb. Şübhəsiz ki, səfəri çərçivəsində oğul Kərimli Vaşinqtonda atasına maliyyə və siyasi dəstək də axtarıb. Əks halda heç bir zərurət olmadığı halda hansı iş onu okeanın o tayına apara bilərdi? Görünür ki, “get” əmri Bakıdan - Əli Kərimlinin özü tərəfinən verilib. O da inandırıcıdır ki, oğlunun Amerikaya getməsi üçün zəmini də atası hazırlayıb və amerikan fondları “Yurd” sədrinə kömək sözü verəndən sonra Türkel Kərimli üzünü Amerikaya tutub. Bu daha məntiqlidir, çünki Türkel Kərimli ABŞ QHT-ləri üçün üçün ciddi fiqur deyil və sadəcə atası ilə həmin maliyyə mərkəzləri arasında kuryer funksiyasını, vasitəçilik, yaxud canlı rabitə missiyasını yerinə yetirir.

Amerikadan alınacaq siyasi sığınacaq

Şübhəsiz ki, məhz Əli Kərimlinin öz oğlunu Vaşinqtona göndərməsi maraqlı məqamdır. Prinsipcə, o, bu işi “Yurd”dakı digər adamlarına da gördürə bilərdi. Görünür ki, Əli Kərimlin “Yurd”da, yaxud ətrafında etibar edəcəyi bir adamı yoxdur. Ya da bu başqa məsələdir. Bu o məsələdir ki, Əli Kərimli Türkel Kərimli ilə “bir gülləylə iki dovşan vurur”. Yəni həm etibarlı şəkildə özünə çatası olduğu pulların təhlükəsizliyini təmin edir, həm də gələcəkdə oğlu üçün etibarlı siyasi sığınacaq ala biləcəyi ölkə qazanır. Şübhəsiz ki, ABŞ-ın fond və QHT-lərində keçirdiyi görüşlər Türkel Kərimlinin nüfuzuna işləyən amildir. Nəticədə o, həmin görüşlərdə Azərbaycan hakimiyyətinə qarşı olan sərt mövqeyini sərgiləyir və Amerikada da belə bir təsəvvür yaradır ki, atası kimi oğlu da Azərbaycan hakimiyyətinin təzyiqlərinə məruz qalır. Bunun üçün “Yurd” sədrinin ABŞ hökumətinə təqdim edəcəyi “fakt” da var: Bir neçə il əvvəl Bakıda keçirilən aksiyaların birində təsadüfən həbs olunması...

Varislik planı

Əli Kərimlinin Türkel Kərimlini siyasi olaraq, aktivləşdirməsi həm də varislik planının tərkib hissəsidir. O, oğlunu öz yerinə hazırlayır. Şübhəsiz ki, “Yurd”da özündən sonra kürsünü etibar edəcəyi yaxın adamı yoxdur. Olsaydı, hələ AXCP sədri olarkən, yerini gənclərə, yaxud partiyanın bütövlüyünü istəyənlərə verərdi. İndi əlində kiçik bir qrup qalıb ki, bu da onun həm siyasətdə qalmasını təmin edir, həm də iqtisadi təhlükəsizliyinin qarantıdır. Əli Kərimliyə görə, özündən sonra yerini başqasına verməsi onu bu imkanlarından məhrum edəcək. Belə bir məqamda da ən etibarlı şəxs sözsüz ki, Türkel Kərimlidir. Oğlunun “Yurd” sədri olması, Əli Kərimlinin bu kürsüdə oturması deməkdir. Çox asanlıqla Türkel Kərimli atası hansı havanı çalsa ona oynayacaq.

Mənsur





Həftənin ən çox oxunanları