Yuxarı

Təhsil şöbəsindən direktorlara ciddi tapşırıq: NAZİRLİK SUSUR

Təhsil şöbəsindən direktorlara ciddi tapşırıq: NAZİRLİK SUSUR

publika.az1434113540tehnazAğdam rayon Təhsil Şöbəsi müəllimlərin tarifikasiyaya buraxılmaması barədə qərar verib. Cebhe.info-ya daxil olan məlumata görə, qərar iki məktəbdə işləyən müəllimlərə şamil edilir. Qərarla bağlı direktorları məlumatlandıran təhsil şöbəsinin mühasibi Gülnar Məmmədova tapşırığa ciddi əməl olunmasını tələb edib. Ağdam rayon Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev məlumatı Cebhe.info-ya təsdiqləyərək bildirib ki, buna səbəb bir neçə yerdə işləyən müəllimlərin siyahısının hazırlanması və buna qarşı tədbirlərin həyata keçirilməsidir: “Müəllimlərin bəziləri müəyyən olunmuş dərs yükündən artıq dərs deyir, müxtəlif məktəblərdə,  bəzən müxtəlif müəssisələrdə çalışır. Bu isə iş saatlarının toqquşmasına gətirib çıxarır. İş saatlarının kəsişməsi dərslərin boş keçməsinə səbəb olur, nəticədə tədrisin keyfiyyəti aşağı düşür. Bunun qarşısını almaq üçün bu addım atılıb”. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə Cebhe.info-ya açıqlamasında  məsələyə belə münasibət bildirib: “Əgər müəllimin dərs yükü 18 saatdırsa, digər məktəbdə də həmin fənn müəlliminə tələbat varsa və hər iki məktəbdə olan dərs saatları kəsişmirsə, o zaman onun maaşının tutulması, yaxud barələrində hansısa tədbirlərin görülməsinin heç bir qanuni əsası yoxdur. Əgər bu hallarda müəllimlərin maaşı kəsilərsə, yaxud barələrində hansısa tədbir görülərsə, o zaman müəllimin hüququ tapdanmış olacaq. Müəllim isə öz növbəsində məhkəməyə müraciət edərək, hüquqlarının bərqərar edə bilər”. Cebhe.info məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsa da, sorğuya cavab verilməyib. Rövşən





Həftənin ən çox oxunanları