Yuxarı

İqbal Ağazadə AXCP-nin İctimai Fikir Akademiyasında

İqbal Ağazadə AXCP-nin İctimai Fikir Akademiyasında

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) avqustun 26-da "Siyasi partiyaların ictimai fikrin formalaşmasında və hakimiyyətə təsir mexanizmində rolu" mövzusunda növbəti ictimai müzakirəsini keçirəcək. 

Cebhe.info xəbər verir ki, tədbirin eksperti Ümid Partiyasının sədri İqbal Ağazadə olacaq. Tədbirdə bir sıra mövzular ətrafında da müzakirələr aparılacaq.

“Qlobal prosseslərin fonunda ölkədaxili siyasi gündəm sürətlə dəyişməkdədir. Hökumət bu və digər hadisələrin təsiri ilə radikal addımlar atıb, bir başa ölkənin və xalqın müqəddəratını həll edəcək qərarlar qəbul edir. Hazırki durumda ölkədə fəaliyyət göstərən siyasi partiyalar qurulan siyasi ssenarilərdə rol ala bilirmi ? İnformasiyanı hətta rahatlıqla cibimizdə gəzdirdiyimiz bir zamanda, yönləndirilməyə meyilli olan ictimai fikrin, eləcə də hökumətə təsir mexanizimin formalaşmasında siyasi partiyaların fəaliyyəti nədən ibarətdir? Tədbirdə bu suallara cavab axtarılacaq, siyasi təmərküzləşmə, müxalifət arası münasibətlər, müxalifətin zəifləməsi və yaxud zəiflədilməsi, eləcə də müxalifətin xalqın dəstəyi itirməsi və bu kimi məsələlər geniş müzakirə ediləcək”,- deyə İFA-dan bildirilib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları