Yuxarı

Tamerlan Qarayevə terror ittihamı

Tamerlan Qarayevə terror ittihamı

Hacı Əbdül diplomatı nədə suçladı? Asif Mərzili: “Onun fikirləri heç bir əsasa söykənmir” “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdülün Azərbaycan Ali Soveti sədrinin sabiq müavini Tamerlan Qarayevi dolayısı ilə 20 noyabr faciəsinin baş verməsində suçlayıb. Qeyd edək ki, Hacı Əbdül Əbdülov müsahibəsində eyni zamanda “Qarabağ şahinləri” taborunun mərhum komandiri Qatır Məmmədin ölümü ilə əlaqədar Tamerlan Qarayev haqqında şübhə yaradan fikirlər səsləndirib. T.Qarayevlə yaxın münasibətləri olan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Cebhe.info-ya açıqlamasında Hacı Əbdülün fikirlərini ciddiyə almadığını deyib: “Qoca, xəstə adamdır. Ona görə belə açıqlama verib. Çünki səsləndirilən fikirlər heç bir əsasa söykənmir. Hacı Əbdüldən belə bir açıqlama gözləmirdim. Düşünmürəm ki, Qarabağ üçün mühüm rolu olan Qatır Məmməd sui-qəsdin qurbanı olub. Düzdür, Tamerlan Qarayev haqqında müzakirə predmeti olacaq qaranlıq mövzular çoxdur. Lakin iddia ilə çıxış etmək üçün maddi dəlil olmalıdır. Tamerlan Qarayevi nədəsə ittiham etmək olar, lakin bu mövzuda qətiyyən”. Hacı Əbdülün iddiasına görə, erməni vertaloyotları da Tamerlan Qarayev tərəfindən vurulub. A.Mərzili bu iddianı da həqiqəti əks etdirmədiyini açıqayıb: “Tamerlan Qarayev hərbi nazir olmayıb, hava hücumundan müdafiə qüvvələrinin rəhbəri olmayıb ki, belə əmr versin. Bu fikirlər heç bir həqiqəti əks etdirmir. Bu siyasi məsələ deyil ki, ehtimalla yanaşaq. Məsələyə hüquqi aspektdən yanaşmaq lazımdır. Sabah bir başqası hansısa tanınmış ictimai şəxs haqqında fikir səsləndirə bilər. Hər səslənən fikir dəlil yoxdursa həqiqət ola bilməz. Yaşlı, hamıdan tövbə tələb edən belə bir adamdan bu açıqlamanı gözləməzdim”. Xatırladaq ki, Hacı Əbdül qəzetlərin birində Tamerlan Qarayev haqda müsahibə vermişdi. Həmin müsahibədən bir parçanı sizə təqdim edirik: Vaqif Hüseynov, Qatır Məmməd, Şahvələd, nəhayət, mən; ayrıca təkadamlıq kameralarda qalırdıq. Kameramın nömrəsi, tərsliyə bir bax 13-dü. Bir gün Qatır Məmmədə (Ağdam özünümüdafiə batalyonlarından birinin komandiri) dedilər bəs guya qazamatda yoluxucu xəstəlik var. Sənə peyvənd vurmalıyıq. Vurdular. 20 dəqiqədən sonra o, öldü. Gəlib apardılar... Deyirdi bəs vertolyot qəzasından əvvəl Tamerlan Qarayev ratsiyada axtarıb onu. Deyib o səmalardan bir erməni vertolyotu uçacaq indi. Vurarsız. Düşdümü, buna da sakitləşməyin. Gedin, cəsədləri gülləylə darayın... Nigar Məhərrəm





Həftənin ən çox oxunanları