Yuxarı

Erməni tərəf azərbaycanlıların telefonlarına nəzarəti ələ keçirir: “KT-Tigqaranakert”, “KT-NorMaraga_4”- Cebhe.info faktı aşkarladı

Erməni tərəf azərbaycanlıların telefonlarına nəzarəti ələ keçirir: “KT-Tigqaranakert”, “KT-NorMaraga_4”- Cebhe.info faktı aşkarladı

Azəbaycan-Ermənistan qoşunlarının təmas xəttində dəfələrlə işğalçı ordunun iyrənc təxribatlara əl atdığının şahidi olmuşuq. Bu təxribatlar isə əsasən cəbhədəki vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Qarşı tərəfin hiyləgər həmilələri Azərbaycanın cəbhəətrafı yaşayış məntəqələrində yaşayan dinc sakinlərin ziyan çəkməsinə hesablanıb. Buna misal kimi erməni hərbçilərinin cəbhənin Tovuz rayonu istiqamətində çayla axıtdığı minalanmış oyuncağın partalayaraq azyaşlı qızın həyatına son qoymasını, Ağdam rayonun Qərvənd kəndində öz həyətlərində topla oynayan 9 yaşlı Fariz Bədəlovun snayperlə qətlə yetirilməsini, işğal altında olan ərazilərdən keçən çayların qarşısının kəsilməsini və həmin çayların qarşısını açaraq su ilə minaların axıdılmasını və s. göstərmək olar. İşğalçı tərəf bu dəfə daha iyrənc və daha hiyləgər üsula əl atıb. Belə ki, Ermənistan silahlı birləşmələri bütün təmas xətti boyunca yerləşən ərazilərə internet şəbəkəsi (WiFi) yayır. Bu faktla reportaj hazırlamaq üçün cəbhənin Ağdam rayonu istiqamətində yolanan Cebhe.info əməkdaşı rastlaşıb. O, Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərində keçirdikləri hərbi təlimləri lentə alarkən və elə oradan hazırladığı materialı göndərmək istəyərkən  faktı aşkarlayıb. Məlum olub ki, rahatlqıla qoşulmaq mümkün olan internet şəbəkələri erməni adları ilə adlandırılır, şifrəsiz giriş mümkün olur. Bu istiqamətdə araşadırmalar zamanı məlum olub ki, qarşı tərəf müxtəlif adlarla – “KT-Tigqaranakert”, “KT-NorMaraga_4” və s. adları ilə internet şəbəkələri paylayır. Düşmənin bu addımları nəyə xidmət edir?  İnformasiya texnologiyaları üzrə mütəxəsis Raman Dadaşov deyir ki, düşmən bu üsuldan istifadə edərək ərazidə olan komputer və internetə bağlana bilən digər cihazlardan informasiyaları oğurlaya bilər: “İstənilən istifadəçi komputer vasitəsi ilə mövcud internet şəbəkəsinə qoşulduğu zaman həmin komputerin İP adresi şəbəkəni idarə edən tərəfin əlinə keçir. Və bu üsulla həmin komputerə çox rahat şəkildə müəyyən mənada müdaxilə etmək olur. Bundan başqa həmin komputerin bazasında olan informasiyaları da götürmək mümkündür”.  Mobil telefon aparatları həmin şəbəkəyə qoşulduqdan sonra isə... Mütəxəssis deyir ki, əgər mobil telefonlar vasitəsi ilə şəbəkəyə qoşulursa, həmin vaxt telefonun bazasında olan bütün informasiyalar şəbəkəçinin əlinə keçir: “Həmçinin də mobil nömrələr qeydə alınır və rahat şəkildə izlənə bilər. Özü də bütün bu prosesin gedişatı barədə ikinci tərəfi şübhələndirəcək heç bir əlamət qeydə alınmır. Odur ki, həmin şəbəkələrə bircə dəfə qoşulmaq bütün informasıyaların oğurlanmasına kifayət edir”.  Mütəxəsis belə hallarının qarşısının alınması üçün aidiyyatı qurumlar tərəfindən mütləq cəbhəətrafı yaşayış məntəqələrində yaşayan insanlar arasında maarifləndirmə işlərinin aparılmasının zəruri olduğunu vurğulayıb. Unutmayaq, Vətən təkcə səngərdə qorunmur...   Elgün Gəncimsoy, Ağdam





Həftənin ən çox oxunanları