Yuxarı

Nazirlikdən qar xəbərdarlığı gəldi

Nazirlikdən qar xəbərdarlığı gəldi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bu haqda Cebhe.info-ya məlumat verib: “Qeyri-sabit hava şəraiti davam edəcək, yağış yağacaq, şimşək çaxacaq. Dağlıq ərazilərdə sulu qar yağacaq. Gün ərzində paytaxtda və bölgələrdə yağan yağışın intensivliyi artacaq. Belə hava şəraiti oktyabrın 20-dək davam edəcək”. Paytaxt və bölgələrdə isə yağışın miqdarı son iki gündə belə olub: Bakıda və Abşeron yarımadasında: Bakı-ADA (avt.st) 43 mm, Bakıda 24 mm, Əhmədli, Maştağada 15 mm, Bayıl yamacı, Montində 12 mm, Qumyataq, Binədə 10 mm, Sumqayıt, Zabratda 9, Pirallahı, Çilov adasında 5, Ələtdə 3 mm. Böyük Qafqazda: Şinçay HMM-da 42, Şəkidə 34, Qalacıq (İsmayıllı), Kürmükçay-İlisuda (Qaxbaş) 32, Oğuzda 30, Qaxmuğal MM, Sarıbaşda (Qax) 29, Kişçayda (Şəki) 27, Balakəndə 26, Qaxda 24, Zaqatala, Qəbələ, Xaltanda 18, Şamaxıda 14, Qubada 13, Altıağacda 12, Mərəzə, İsmayıllıda 9, Nabranda 7, Xaçmazda 5, Şirvanda 1; Yağan leysan yağışlarla əlaqədar Balakənçay, Talaçay, Kürmükçay və Kişçayda sululuq artıb. Kiçik Qafqazda: Göygöldə 2, Gədəbəy, Daşkəsəndə 1mm. Qazax-Gəncə zonasında: Tovuzda 12, Köçəsgərdə 9, Ağstafada 7, Düz Qışlaq, Dağ Kəsəməndə 5, Ağdamda 3, Ceyrançöl, Naftalan, Gəncə, Hacıkənd, Şəmkirdə 1-2 mm. Mərkəzi-Aran rayonlarında:Tərtər, Göyçayda 3, Ağsuda 2, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Qazıməmməddə 1mm. Lənkəran-Astara zonasında:Lənkəranda 81, Göytəpədə 20, Astarada 16, Lerikdə 11, Rvarudda 7, Yardımlıda 6, Biləsuvarda 1 mm təşkil edir. Qar örtuyünün hündürlüyü: Böyük Qafqazın dağlıq və dağətəyi rayonlarında: Xınalıqda 18, Qonaqkənddə 11, Qırızda 7, Susay, Rük MM-da 6, Ləzədə 5, Nohurdüzündə 4, Xaltanda 3, Altıağacda 2, Sarıbaşda  (Qax) 3 sm olub. Nigar Məhərrəm





Həftənin ən çox oxunanları