Yuxarı

Azərbaycanda dağıdıcı zəlzələ gözləntisinə rəsmi açıqlama

Azərbaycanda dağıdıcı zəlzələ gözləntisinə rəsmi açıqlama

“Seysmik baxımdan ölkənin bir sıra ərazilərində hazırda aktivlik müşahidə edilir. Xüsusən də Xəzər dənizi, Şamaxı-İsmayıllı, Şəki-Balakən, Daşkəsən-Gəncə ərazilərində seysmoloji aktivlik nəzərə çarpır”.   Bu sözləri Cebhe.info-ya açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidməti Vüsalə Rafikqızı deyib. V.Rafikqızının sözlərinə görə, bu ərazilər üçün hiss olunan və olunmayan yeraltı təkanların baş verməsi normal haldır: “Gün ərzində dəfələrlə seysmik aktivlik olan ərazilərdə yeraltı təkanlar qeydə alınır. İctimaiyyətə isə 3 baldan yuxarı olan yeraltı təkanlar haqda məlumat verilir”.  V.Rafikqızının sözlərin ə görə, ötən gün İmişlidə 4,5 bal gücündə baş verən zəlzələ episentr və ətraf rayonlarda müəyyən qədər hiss olunub. Ölkəmiz üçün xarakterik olan yeraltı təkanların baş verməsinin əsas səbəbini isə V.Rafikqızı belə izah edib: “Yeraltı təkanların baş verməsi litosferdə baş verən hadisələrlə əlaqədardır. Bakı ərazisində ən çox Xəzərdə yeraltı təkanlar qeydə alınır. 2000-ci ildə Xəzərdə, 2014-cü ildə Hacıqabulda baş verən zəlzələ Bakını silkələmişdi”.  V.Rafikqızı xırda təkanların baş verməsinin əslində müsbət hal olduğunu deyib: “Xırda yeraltı təkanların baş verməsi böyük fəlakətlərin qarşısını alır”. Xatırladaq ki, Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli isə  Azərbaycanda güclü zəlzələlərin gözlənilmədiyini proqnoz edib: “Ölkəm iz kifayət qədər seysmoloji aktiv zonada yerləşir. Hər gün xırda təkanlar qeydə alınır. Lakin ölkəmizdə güclü, dağıdıcı zəlzələlər gözlənilmir”. Nigar Məhərrəm





Həftənin ən çox oxunanları