Yuxarı

AXCP sədrindən xalqa 18 oktyabr təbriki

AXCP sədrindən xalqa 18 oktyabr təbriki

“Bu mühüm tarixi sənəd xalqımızı layiq olduğu azadlığına qovuşdurub” “İyirminci əsr Azərbaycana iki dəfə müstəqillik qazanmaq şansı verib. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci dəfə 70 il sonra Sovetlər Birliyinin dağılmasından sonra qazanılan müstəqillik isə davam edir və xalqımızın iradəsi ilə davam da edəcəkdir. Müstəqiliyimiz sarsılmaz və dönməzdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunur və bu mühüm tarixi sənəd xalqımızı layiq və arzusunda olduğu azadlığına qovuşdurub”. Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev 18 oktyabr Müstəqillik günü ilə bağlı təbrikində bildirib.   “Bu, çox mühüm tarixdir. Bu unudulmaz tarix münasibətilə xalqımızı təbrik edirəm. Müstəqillik elə nemətdir ki, onu xalqın nə sosial, nə də siyasi problemlərinə bağlayaraq şübhə altına almaq olmaz. Müstəqillik qazanmaq üçün yüz minlərlə qurban vermiş xalqlar var. Azərbaycan xalqı da azadlığına, müstəqilliyinə qovuşmaq üçün çox qurbanlar verib və bu gün də verməkdədir. Çünki Dağlıq-Qarabağ problemi Azərbaycanlıların azadlıq eşqini boğmaq üçün mənfur qonşularımız olan ermənilərin əli ilə o zamankı Moskva rəhbərliyi tərəfindən yaradılıb. Xalqımız bu münaqişədən də üzüağ çıxaraq, Allahın köməkliyi ilə ərazi bütövlüyümüzü təmin edəcək və sərhədlərimizin toxunulmazlığını zəmanət altına alacaqdır”,- deyə AXCP sədri əminliyini ifadə edib. Razi Nurullayev bu tarixi gün - 18 oktyabrda istiqlalçı deputatları da unutmayıb: “Məhz imperiyanın “vurub-yıxan” vaxtında, siyasi gələcəyin dumanlı olduğu vaxtda dörd gün dayanmadan müzakirə apararaq sonunda “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına səs verirlər. Bu cəsur 43 nəfərin adlarını çəkməyi özümə borc bilirəm. Onlardan rəhmətə gedənlər də var və onlara da Allahdan rəhmət diləyirəm. İsa Qəmbər, Firudin Cəlilov, Heydər Əliyev, Mirmahmud Fəttayev, Sülhəddin Əkbər, İsgəndər Həmidov, Arif Hacılı, Dilarə Əliyeva, Sabir Rüstəmxanlı, İbrahim İbrahimli, Vahid Əhmədov, İxtiyar Şirinov, Hacıbaba Əzimov, Fərəc Quliyev, Mətləb Mütəllimov, Füzuli Axundov, Aydın Məmmədov, Əyyam Musayev, Vaqif Novruzov, Ramiz Fətəliyev, Cümşüd Nuriyev, Məmməd Xələfov, Etibar Məmmədov, Nəriman Həsənzadə, Tofiq Bağırov, Mürşüd Məmmədli, Şadman Hüseynov, Faiq Baxşəliyev, Ədalət Rəhimov, Tahir Əliyev, Rəhim Qazıyev, Tamerlan Qarayev, Eldar Bağırov, Tofiq Qasımov, Məryəm Həsənova, Tahir Kərimli, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Maşallah Abdullayev, Bayram Bayramov, Hicran Kərimli, Allahverdi Həsənov, Şahmərdan Cəfərov”.  





Həftənin ən çox oxunanları