Yuxarı

AXCP sədri Hacıbala Abutalıbovu istefaya çağırdı

AXCP sədri  Hacıbala Abutalıbovu  istefaya çağırdı

 

 “Gedib yığdıqlarını, taladıqlarını yesin”

“Yağışlar Bakını iflic edəndən sonra nə istefa verən oldu, nə işdən qovulan, nə də töhmət alan. Məsələ burasındadır ki, problemlər də olduğu kimi qalmaqdadır. Günah var, problem var, amma günahkar yoxdur. Günah olan yerdə, günahkar necə olmaya bilər? Dərs olsun deyə, qorxu yaransın deyə, xalq görsün və inansın deyə günahkar cəza çəkməlidir. Ən uyğun qurban Bakı meri Hacıbala Abutalıbovdur. Hər nə olursa- olsun, bu şəhərə cavabdeh o şəxsdir. Əgər mer olduğu illər ərzində hələ də poblemlər adamların gözünün içinə girisə, bədəlini ödəməlidir. İstefa verməklə, ya da istefaya göndərilməklə. Başqa yol yoxdur”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. R.Nurullayevin sözlərinə görə, 16 il ərzində şəhərin problemlərini çözə bilməyən adamın bundan sonra nəyəsə nail olması mümkün deyil:

“Mənim üçün bir düstur var. İnsanların tükəndiyi, bitdiyi və gücünün sona gəldiyi zamanlar var. Hacıbala Abutalıbov da bitib, tükənib və nə edə bilərdisə, edib. Pis, ya da yaxşı, edə bildiyini edib. Bundan sonra onun başına qızıldan tac qoysan, Harvard universitetinə kursa da göndərsən, xeyri yoxdur. Bitmiş adam necə inkişaf edəcək? Konkret olaraq, o, gücünün, qüvvəsinin, ideyalarının sonuna gəlib. Gedib qazandıqlarını, yığdıqlarını, taladıqlarını xımır-xımır yesin, cəza qanunlarımız işləyənə, güzəştsiz və xalqdan güc alan hökumətimizi qurana kimi.

Doğurdan da Bakı şəhərində davam edən sosial, infrastruktur, xaotik tikinti və digər bəlalara görə kimsə cavab verməlidir. Birindən başlamaq lazımdır. Təklifi verdik, düşünün və xalqı sakitləşdirmək üçün addım atın. Çünki xalq dizinə qədər suya batmağa artıq bir ayda iki dəfə dözüb, üçüncü dəfə də ola bilsin dözəcək, amma dördüncü dəfə olmayacaq. Gözdağı verilməyin zamanı deyilmi, cənablar?”

Cebhe.info





Həftənin ən çox oxunanları