Yuxarı

AXCP sədri Qarabağ qazisi ilə görüşüb

AXCP sədri Qarabağ qazisi ilə görüşüb

Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyi Qarabağ qaziləri və onların ailə üzvləriylə görüşləri davam etdirir.

Cəbhə.info xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev bu gün partiya qərargahında 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi ilə görüşüb.

Görüş zamanı ölkədə qazilərin, müharibə əlillərinin problemlərindən danışılıb, Qarabağ problemi müzakirə edilib.

Qeyd edək ki, Qarabağ qazisi Kamil Musəvi döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və bir gözünü itirib. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə "Vətənə Xidmət” medalı ilə təltif olunub.





Həftənin ən çox oxunanları