Yuxarı

İpoteka almaq istəyənlərin gəlirləri necə hesablanacaq?

İpoteka almaq istəyənlərin gəlirləri necə hesablanacaq?

 

Nazirlər Kabineti “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nı təsdiq edib.

Bu Qayda ASC-nin vəsaiti hesabına müvəkkil banklar tərəfindən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi zamanı borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı məsələləri tənzimləyir. İpoteka krediti yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borcdur. Müvəkkil bank ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair cəmiyyət ilə müvafiq müqavilə bağlamış bankdır. Aylıq məcmu gəlir borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 aylıq dövr ərzində sabit və sənədlə təsdiq olunan bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusudur. Borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Borcalanın (borcalanların) aylıq məcmu gəliri hesablanarkən nəzərə alınan gəlir mənbələri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə və alınmış cari transfertlərə bölünür. Borcalanan (borcalanların) aylıq məcmu gəliri hesablanarkən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar), Əmək Məcəlləsi ilə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil olmaqla), istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər nəzərə alınır.

Hesablama zamanı nəzərə alınan muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bu zaman borcalan (borcalanlar) ən azı son 24 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə ortaaylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 40 faizindən çox ola bilməz.

Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə faiz gəliri, dividend, qiymətli kağızlardan əldə olunan gəlirlər, əmlakın icarəyə verilməsindən gəlir və royalti aiddir. Borcalanın (borcalanların) aldığı cari transfertlərə əmək pensiyaları, sosial müavinətlər (birdəfəlik müavinətlər istisna olmaqla), təqaüdlər, sığorta ödənişləri, maddi yardımlar (birdəfəlik maddi yardımlar istisna olmaqla) və aliment aiddir. Gəlirlərin hesablanması zamanı borcalanın (borcalanların) gəlirləri ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi üçün tələb olunan aylıq gəlirin ən çoxu 50 faizi həcmində nəzərə alınır. Borcalanın (borcalanların) xarici valyuta ilə əldə olunan gəliri bu gəlirin əldə edildiyi tarixdə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır. Borcalanın (borcalanların) gəlirləri vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar ödəniş sənədinə daxil edildiyi ayda, əməkhaqqı, pensiya, müavinət, təqaüd isə hesablandığı dövrün gəlirində nəzərə alınır. Faktiki ödənilən alimentlər borcalanın (borcalanların) məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə borcalanın (borcalanların) məcmu gəlirində nəzərə alınır. Borcalanın (borcalanların) ortaaylıq gəliri müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Borcalanın (borcalanların) ortaaylıq gəliri hesablanarkən vergi, sosial sığorta haqları və digər məcburi dövlət ödənişləri borcalanın (borcalanların) gəlirindən çıxılır.

Kondisioner yoxdur, amma 800 min "xərclənib"...

Abbasovun nazirliyində milyonlar necə “əridildi”?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli şəxslərinin işi üzrə istintaq materialları bu nazirlikdə illər boyu mövcud olmuş, dəqiq mexanizmə malik korrupsiya sisteminin necə işlədiyini bütün detalları ilə üzə çıxarır.

Virtualaz.org xəbər verir ki, bu korrupsiya sistemi nazirliyin strukturuna daxil olan müəssisələrin hər ay xərclərin azı 35 faiz şişirdilməsi yolu ilə ayrılan vəsaitlərdən topladıqları “otkat”ı rəhbərliyə təhvil verməsini, yığılan pullardan isə hər ay nazir Əli Abbasov başda olmaqla vəzifəlilərə “paket”lərin verilməsini, habelə nazirliyə “krışalıq” edən MTN-nin generallarına aylıq haqqın ödənilməsini nəzərdə tuturdu.

Xəbər verdiyimiz kimi bu sistemdə nazir Əli Abbasovun aylıq “paketi” 300-400 min manat, nazir müavinlərinin “paketi” isə 30-50 min manat arasında olub. Habelə nazirliyin strukturunda olan müəssisələrin rəhbərləri, digər vəzifələrilər də bol sıfırlı “paketlər” alıblar. Nazirlikdəki korrupsionerlər isə dövlətin pulunu mənimsəmək üçün o dərəcədə həyasızlaşıblarmış ki, nəinki görülən işlərə görə xərcləri şişirdiblər, eyni zamanda ümumiyyətlə, görülməyən işlərə görə pul ayırıb mənimsəyiblər.

Məsələn, nazirliyin təsis etdiyi “AzEurotel” MMC-də olduğu kimi. Virtualaz.org xəbər verir ki, bu MMC-nin direktoru Rəsulov Cabit Məhəmməd oğlu şahid qismində istintaqda dindirilib. İfadəsində deyib ki, “AzEurotel” MMC-nin səhmlərinin 50 faizi əvvəllər “Lukoil Europe” şirkətinə, qalan 50 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus idi. Lakin sonradan “Lukoil Europe” öhdəliklərini yerinə yetirə bilmədiyinə görə payından nazirliyin xeyrinə imtina edib. «AzEvrotel» MMC öz daxili nizamnaməsinə uyğun olaraq telefon çəkilişləri, internet xətlərinin çəkilişləri, banklar arasında rabitə sistemi olan «Sviftin» təşkili, beynəlxalq şəhərlərarası telefon rabitə xidməti, simsiz rabitə xidməti və başqa geniş zolaqlı rabitə xidmətlərini həyata keçirib. MMC Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) tabe olub.

Cabit Rəsulov ifadəsində bundan başqa göstərib ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən rabitə qurğularının təmiri və tikintsi ilə əlaqədar əsaslı işlər görülmədiyi halda birliyin baş direktoru kağız üzərində “görülmüş” işlərə görə münzətəm olaraq “AzEurotel”ə vəsait ayırıb, ayrılan vəsaiti öz şirkətləri üzərindən geri alaraq mənimsəyib. Məsələn, Beytulla Hüseynov BTRİB-in 800 min manatını “AzEvrotel” MMC-nin inzibati binasında kondisionerlərin quraşdırılması adı altında mənimsəyib. Rəsulovun dediyinə görə, sənədlərdə guya binanın bütün kondisioner sisteminin yenilənməsi əksini tapmışdı.

Əslində isə heç bir kondisioner-filan quraşdırılmayıb, B.Hüseynov görülməmiş “İşlərə” görə 800 min manatı nazirliyin aparat rəhbəri Vidadi Zeynalova bağlı olan “PLZ” MMC-nin hesabına köçürüb, daha sonra oradan nəğdləşdirərək götürüb.  Cabit Rəsulov direktoru olduğu müəssisədə korrupsiya və mənimsəmənin, dələduzluq sxeminin mövcudluğunu etiraf edir, ancaq deyir ki, bütün bu işlər Beytulla Hüseynovun nəzarəti və göstərişləri altında həyata keçirilirdi. “Mən direktor kimi ancaq onun göstərişlərinə əməl etmişəm”-Rəsulov özünü təmizə çıxararaq deyir...





Həftənin ən çox oxunanları