Yuxarı

Azərbaycanda zorlanan qadınlar zorakılarla məcburi nikaha daxil ola bilərmi?

Azərbaycanda zorlanan qadınlar zorakılarla məcburi nikaha daxil ola bilərmi?

 

Artıq Türkiyə Böyük Millət Məclisində belə bir qanun müzakirəyə çıxarılıb. Yetkinlik yaşına çatmayan qızları zorladıqdan sonra onlarla nikaha daxil olacaq kişilərə bəraət qazandırılacaq. Ekspertlərin sözlərinə görə isə belə bir qanunun  qüvvəyə minməsi əslində zorlanma və azyaşlılarla nikahı qanuniləşdirəcək. Aparılan araşdırmalar nəticəsində də bəlli olub ki, bir neçə il öncə Türkiyədə zorlanan qadınların sayı bu gün artıb.

Həmçinin Azərbaycanda da bu rəqəm artan templə hərəkət edir. Artıq 100 ilə yaxın yaşı olan TBMM-də belə bir qərarın qüvvəyə minməsi istiqamətində tədbirlər görülməsi  Azərbaycan qanunvericiliyinə necə, təsir edə biləcəkmi? Belə bir qanun qüvvəyə minərsə, nə baş verə bilər?

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, belə bir qanunun qüvvəyə minməsi nəinki Türkiyədə, o cümlədən də ölkəmizdə qadın haqlarını tapdalayacaq: “Belə bir qanun qəbul edilərsə, Azərbaycanda qadın haqları zorlanacaq. Təsəvvür edin ki, bir şəxsi zorlayırlar,  sonra da onu həmin şəxslə məcburi nikaha vadar edirlər. Bu cür namus qorumazlar. İnsan zorlandığı adamla ailə qurarsa, ömrünün sonunadək onunla birgə olmaq məcburiyyətində qalacaq və bu travma ilə yaşayacaq. Əgər qadın hamilədirsə, bu qorxu onun bətnindəki köprəyə də təsir edəcək. Ana bətnində 9 ay qorxu, stress, travma ilə yetişən körpənin ruhi durumu da sağlam olmayacaq”.

M.Zeynalovanın sözlərinə görə, belə bir qanunun qəbulu qadınları köləliyə aparacaq. Azərbaycan isə 19-cu əsrə geri dönəcək:  “O zamanlar İngiltərə, Fransa kimi ölkələrdə buna bənzər qanun qüvvədə olub. Hələ 1903-cü ildə Fransada İnsan Alveri ilə Mübarizə haqda Konvensiyasında belə bir maddə yer almışdır ki, qadını satın alan şəxs onunla ailə qurarsa, bu cinayət hesab olunmaz. Hazırda Türkiyədə belə bir qanunun gündəmə gəlməsi də buna bənzər bir addımdır. Düşünürəm ki, Azərbaycanda belə bir qanunun qüvvəyə minməsi ölkəmizi 19-cu əsrə sürükləyəcək. Belə bir addımın atılması Qadın Hüquqularının Müdafiəsi ilə bağlı ölkəmizin qoşulmuş olduğu Konvensiyalar, o cümlədən də yerli qanunvericiliyə zidd addımdır. Hər bir halda zorlanma cinayət məsuliyyətidir”. Azərbaycanda da zorlanan qızların zorlayan şəxslərlə ailə qurması haqda qanun qüvvəyə minərsə, ölkə arzuolunmaz hallar daha da artar. Bu o deməkdir ki, istədiyi qız tərəfindən  yox cavabı alan şəxs qanuna güvənərək onu zorlayacaq. Nəticə etibarı ilə belə bir qanunun qüvvəyə minməsi həm də cinayətə təşviq hesab oluna bilər:  “Sabah bir kişi sevdiyi qadından yox cavabı alarsa, tutub qaranlıqda zoralayacaq. Beləcə zorlanma halları artacaq. Qanun icazə verir deyə ailə quracaq, 3 aydan sonra boşanacaq”. Mövcud mənzərəni təhlil edən M.Zeynalovanın sözlərinə görə, bu gün kiminləsə könüllü münasibətdə olan, daha sonra münasibətlləri alınmadığı üçün ayrılan qızların bir qismi zorlandığını iddia edir. Ekspertizi nəticəsində isə heç bir zorakılıq faktı tapılmır: “Bəzi hallarda qızlar da buna can atır, bir az ədalətli olmaq lazımdır. Kimsə kimləsə könüllü münasibətdə olur, münasibətləri alınmadıqdan sonra zorlandığını iddia edir. Zorakılığın əlamətləri olmadan kimisə cəzalandırmaq olmaz”.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları