Köhnə illərin borcu yeni tariflə hesablanır\\İlham Şaban: “Vətəndaş yığılan köhnə borcunu köhnə tariflə də ödəməlidir”\\“Azəriqaz”maraqlı qərar qəbul edib. Belə ki borcları yeni tariflə hesablayıb. Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər sürprizlə qarşılaşıb.\\Borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən “Azqazservis”-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifadə olunan qazın 1700 kubmetri 10 qəpikdən, qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub. Tarif Şurası bu qərarın düzgün olmadığı barədə açıqlama versə də “Azəriqaz” qərarını dəyişməyib və vətəndaşları soymaqda israrlıdır.\\“...qanunun tələbinə ziddir”\\\\“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, Tarif Şurasının açıqlamasında göstərilir ki, yığılan borclar köhnə tariflə ödənməlidir: “Yəni, burda yeni tarifin tətbiqinə yol verilə bilməz. Hökumət bu qərarla mövcud məsələnin tənzimlənməsini ortaya qoyur. Hansısa nəzarətçinin umacağı sayəsində borclu insanlara vəziyyəti başqa cür izah etməsi və tələb etməsi qanunun tələbinə ziddir”.\\Ekspert onu da diqqətə çatdırıb ki, vətəndaş yığılan köhnə borcunu köhnə tariflə də ödəməlidir: “Bununla da məsələ həllini tapmalıdır”.\\Yeganə Oqtayqızı\\
- Ana səhifə
- Cəmiyyət
- Diqqətli olun: “Azəriqaz”dan əhaliyə “sürpriz"
Diqqətli olun: “Azəriqaz”dan əhaliyə “sürpriz"
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi