Yuxarı

Pensiyaların ləğvinə doğru daha bir addım

Pensiyaların ləğvinə  doğru daha bir addım

 Əkrəm Həsənov: “İqtisadiyyatda qeyri-şəffaflıq ar tacaq, korrupsiya genişlənəcək”Ölkədə pensiya islahatına start verilib. Belə ki, pensiyanın baza hissəsi anlayışı ləğv edilir. Nəticədə pensiya sistemi tamamilə sığorta prinsipinə keçəcək. Pensiyalar ancaq işçinin fərdi hesabında yığılmış vəsaitlərdən çıxış edərək təyin olunacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə pensiya islahatına dair parlamentə təqdim edilmiş yeni təkliflər paketinin məğzi ilə bağlı açıqlamasında bildirib ki, “Əmək pensiyaları haqqında” qanun layihəsinə təklif edilən yeni düzəlişlərə fevralın 3-də Milli Məclisin müvafiq komitəsində baxılacaq.Bu layihə pensiya sistemində islahatlar Konsepsiyasına əsaslanır. Nazirin sözlərinə görə, dəyişikliklər pensiyaların minimal ölçüsünün tətbiq edilməsini nəzərdə tutur. Yəni, qanuna yeni element- minimal pensiya məbləği daxil edilir. Əgər pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə, o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin olunacaq. Əks halda iş stajına baxılacaq. Əgər işçinin 25 illik iş stajı varsa, sistemin vəsaitləri hesabına ona minimal pensiya təyin ediləcək.Hazırda Azərbaycanda əmək pensiyası iki - baza və sığorta hissəsindən ibarətdir . Baza hissəsi 110 manatdır və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Yeni dəyişikliklər qüvvəyə minəndən sonra isə dövlət pensiyaçılara büdcədən ödəmələri dayandırmış olacaq, yəni, pensiyalar işçinin sığorta hesabında yığılmış vəsaitdən ödəniləcək. Məcələ ictimaiyyətdə müzakirələrə yol açıb. Ekspertlər hesab edirlər ki, sığorta hesabında kifayət qədər vəsait olmayanlar gələcəkdə daha az pensiya alacaq, yaxud ümumiyyətlə, ala bilməyəcəklər.Qeyd edək ki, pensiyaların baza hissəsindən imtina edilməsi 2009-2015-ci illərdə pensiya-sığorta sistemində islahatlara dair Dövlət Proqramında əksini tapıb. Həmin proqramda göstərilirdi ki, müəyyən müddətdən sonra sığorta ödəmələri, işçilərin əmək haqlarının leqallaşması, fərdi uçot sistemi üzrə qeydiyyata alınanların sayının artması pensiyaların ödənilməsi üçün dövlət büdcəsindən transfertləri dayandırmağa imkan yaradacaq.“İnsanlarda qeyri-rəsmi işə meyillər artacaq”İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, ümumiyyətlə, pensiya məsələsində vətəndaşın əleyhinə olan istənilən dəyişikliyi etmək olmaz: “Bir tərəfdən deyirik ki, iqtisadiyyatımız tam şəffaf olmalıdır, bütün işlərdə çalışanlarla əmək müqavilələri bağlanmalıdır, hamı əmək müqaviləsi şərti ilə işləməlidir ki, qocalan da pensiya alsın. Digər tərəfdən isə dövlət vətəndaşlara qarşı qaydalarla çıxış edir. Dövlət bu məsələdə gündə bir dəyişiklik həyata keçirir. Hər qayda isə pensiya alanların əleyhinə olur. Nəticədə insanlarda belə bir fikir formalaşır ki, “pensiya boş şeydir, dövlətə etimad yoxdur”. Buna görə də insanlarda işə qeyri-rəsmi meyillər artır. Məsələn, işləmək istəyən işçiyə əmək müqaviləsiz 500 manatlıq əmək haqqı ilə iş təklif olunur. Əmək müqaviləsi ilə isə 400 manat təklif olunur. Bu halda işçi təbii ki, birinci variantı seçməli olacaq. Çünki insanlar pensiya fonduna yığılan məbləğin nə vaxtsa həmin gəlirdə ona sərf ediləcəyinə inanmırlar. Mən bu gün pensiya fonduna əgər 100 manat verirəmsə və o məbləğin dəyəri gündən-günə azalırsa, bəlkə də pensiya yaşına çatana qədər o pul heç nə qədər olacaq. Dövlət bu cür fikirləri insanlarda aşılamağa səbəb olur”.Ekspert qeyd edib ki, işsizliyin artdığı bir zamanda pensiyaçılara bu cür dəyişikliyin edilməsi yersizdir: “Hazırda işsizlik artır. Konkret olaraq 45-50 yaşdan yuxarı insanlar özünə işi çətinliklə tapır. Dövlət deyir ki, iş stajı çatmırsa, hətta 1 ili çatmayan pensiyaçıya pensiya düşmür. Bu məsələ ilə bağlı nəticələr ilk növbədə insanların qeyri-rəsmi işlərə meyillənməsinə, eyni zamanda iqtisadiyyatın qeyri-şəffaflığına, korrupsiya halına gətirib çıxara bilər.  Digər tərəfdən isə 60-65 yaşı tamam olan, amma iş stajı 1 və ya 2 il çatmırsa, dövlət onları ac qoyacaq. Biz görəcəyik ki, həmin insanlar ac qalacaq. Faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yollarla öz öhdəliklərini azaltmaq istəyir. Məqsəd də budur ki, pensiya yaşına çatmış insanlar pulsuz qalsın, pensiya yaşına çatmayan insanlar isə qeyri-rəsmi işlərlə asanlıqla razılaşsın”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları