Yuxarı

Piyadalar maaşdan cərimə ödəyəcək

Piyadalar  maaşdan cərimə ödəyəcək

 Elməddin Muradlı: “ Yol polisi sənədləri  məhkəmələrə göndərə və piyadanın əmlakına həbs qoya bilər”Yol hərəkəti qaydalarını pozan piyadaların cərimələrinin maaşlarından tutulacağı söylənilir. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun açıqlamasına görə, cərimə edilən piyadaların təxminən 50 faizi cərimə məbləğini ödəməkdən boyun qaçırır. Ona görə də Bakıda cərimə olunan piyadaların cərimə məbləğini ödəməsi üçün sahə rəislərinə, təhsil müəssisələrinə müraciətlər edilib.Ekspertlər piyadaların cəriməsinin maaşlarından tutulması məsələsinin absurd addım olduğunu bildiriblər. Piyadaların müxtəlif kateqoriyaya mənsub olduqlarını əsas gətirən ekspertlər, onların arasında işsizlərin, tələbələrin və yaşlı insanların da ola biləcəyini vurğulayıblar. Hesab olunur ki, cərimələrin əməkhaqqından tutulacağı məqbul deyil. Qeyd edək ki, piyadaların hüquq və vəzifələri "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsi ilə tənzimlənir. Bu maddənin tələbləri pozulduqda piyadalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar.Məsələ ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cümhuriyət” qəzetinə deyib ki, hazırki qanunvericilikdə belə bir müddəa yoxdur: “Çox güman ki, Vaqif Əsədov gələcək plandan danışıb. Qanunvericiliyə hər hansı bir dəyişiklik olarsa, cəriməni piyadanın maaşından, tələbənin təhsil aldığı müəssisəyə müraciət edib tələbə təqaüdündən tutmaq və müəyyən tədbirlər görmək olar. Amma hazırkı qanunvericilikdə bununla bağlı hər hansı tələb və ya müddəa yoxdur. İndiki şəraitdə cərimələri ödəməyən piyadalarla bağlı Dövlət Yol Polisi sənədləri, materialları məhkəmələrə göndərə bilər və piyadanın hansısa əmlakına həbs qoya bilər. Məsələn, məhkəmə icraçıları piyadaya xəbərdarlıq edə bilər ki, sizə 10 gün vaxt veririk, cəriməni ödəyin. Ödəməyəndə isə evindəki, televizoru, telefonu və ya yataq dəstini götürərək satışa çıxarırlar. Bu cəriməni ödətdirirlər. Hələlik bu qaydaları etmək mümkündür. Amma bugünkü gün üçün tələbənin yaşadığı yerlə qeydiyyatda olduğu yer başqadır. Tələbə haradasa kirayədə yaşayırsa, yol polisi onu necə tapacaq? O cümlədən, işsiz,  daimi qeydiyyat ünvanı olmayan şəxslər də çoxdur. Piyadaların cəriməsini ödəmə mexanizmində bu cür problemlər ortaya çıxır. Onu tam şəkildə sistemə salmaq üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır. Yəni, şifahi şəkildə cərimələrin əməkhaqqıdan tutulmasını demək məqsədəuyğun deyil”.Qeyd edək ki, beton və dəmir arakəsmələrin üzərindən tullanan piyadalar üçün sərtləşdirilmiş cəzaların tətbiq olunacağı təklif olundu. Belə ki, Azərbaycanda bəzi piyadalara qarşı cərimələr daha da sərtləşdiriləcək. Daha təhlükəli qayda pozuntusuna yol verən piyadaların cəriməsi də ağır olacaq.Belə ki, həmin qayda pozuntusuna görə piyadalar həbs olunmayacaq. Onlar 100 manat məbləğində cərimə ediləcəklər. Layihənin Milli Məclisə göndərildiyi və yaz sessiyasında müzakirə olunacağı gözlənilir.Alçina Amilqızı





Həftənin ən çox oxunanları