Tarif şurası cavab verdiYeni ildən müzakirəyə çıxarılan əsas məsələlərdən biri də ictimai nəqliyyatda gediş haqlarının artırılmasıdır. Bu istiqamətdə söz-söhbətlər ardı-arası kəsilmədən davam edir. Qeyd olunur ki, 2017-ci ilin dövlət büdcəsində “Metropoliten”in dotasiyası 22 faiz, yəni 8 milyon manat azaldılıb və 36 milyon manatdan 28 milyon manata endirilib. Hələ büdcə müzakirələri zamanı ekspertlər dotasiyanın azalmasının qiymət artımına gətirib çıxaracağını proqnozlaşdırırdı.Məlumatlara görə, artıq məsələ ilə bağlı Tarif Şurasına müraciət edilib və gediş haqqının 30 qəpiyə qaldırılması təklif olunub.Cebhe.info məsələylə əlaqədar aidiyyatı qurumlar, o cümlədən də Tarif Şurası ilə əlaqə saxlayıb. “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nəsimi Paşayev Cebhe.info-ya açıqlamasında hazırda bu məsələnin gündəlikdə olmadığını, bununla bağlı heç bir müraciət etmədiklərini deyib. Tarif Şurasının İctimaiyytlə Əlaqələr Şöbəsinin rəhbəri Abbas Əliyev də Cebhe.info-ya açıqlamasında bildirib ki, bu qurumlar tərəfindən onlara heç bir müraciət daxil olmayıb: “İctimai nəqliyyatda gediş haqlarının artırılması müzakirə predmeti deyil. Hazırda bu məsələ Tarif Şurasında müzakirə olunmur”.Nigar Məhərrəm
- Ana səhifə
- Cəmiyyət
- Gediş haqqı 30 qəpik olacaq?
Gediş haqqı 30 qəpik olacaq?
Bu bölmədən digər xəbərlər
- Reallaşmayan icbari tibbi sığorta arzusu: Yenə gözləməli olacağıq Tarix 27 Noyabr, 15:03
- Gömrük Komitəsinin qərarı narazılıq yaradır Tarix 27 Noyabr, 14:53
- Bəri başdan 50 manat verməsəniz, 574 manat cərimə alacaqlar: "Yüz minlərlə insan borc asılılığına düşə bilər” Tarix 27 Noyabr, 14:45
- Parlamentdə uşaq pulu müzakirəsi: "Xalqın tələbidir” Tarix 27 Noyabr, 14:38
- Komada olan Oqtay Gülalıyevin oğlu: "Yaxın 10 gündə...” Tarix 27 Noyabr, 14:33
- "Azəriqaz”da yenə maaş davasıdır: Bu dəfə Mərkəzi Aparatda... Tarix 27 Noyabr, 14:17
- Şəhidlik zirvəsinə ucalan lerikli qəhrəman Tarix 27 Noyabr, 14:11
- Gənclərə bloggerlik öyrədildi Tarix 24 Noyabr, 15:20
- Bloggerlik və vloggerliklə bağlı təlim keçiriləcək Tarix 2 Sentyabr, 17:33
- İcra hakimiyyətlərində yeyinti faktları aşkarlandı Tarix 16 Avqust, 19:03