Yuxarı

Dövlət qurumlarında müdhiş yeyinti faktları

Dövlət  qurumlarında müdhiş yeyinti faktları

 Əkrəm Həsənov: “Mənimsəmələrin arxasında duranları cinayət məsuliyyətinə cəlb etmək lazımdır”Hesablama Palatasının dövlət qurumlarında apardığı audit yoxlaması nəticəsində yeyinti faktları aşkar olunub. Mədəniyyət və Turizm Nazirliyi, bir sıra İcra rakimiyyətlərində aparılan yoxlamalar zamanı milyonlarla dövlət vəsaitinin mənimsənilməsi faktları üzə çıxıb. Son olaraq Hesablama Palatası Şamaxı Rayon İcra hakimiyyətində audit yoxlamaları aparıb və bu zaman da ciddi mənimsəmələr aşkarlanıb.Bundan əvvəl Quba, Goranboy rayonlarında aparılan yoxlamalar zamanı ciddi maxinasiya halları ortaya çıxmışdı. Palata müəyyən edib ki, qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə ayrılan vəsaitlərdən istifadəyə dair yeyintiyə yol verilib.Bu cür yoxlamaların aparılmması və qanunsuzluqların, dövlət vəsaitlərinin mənimsənilməsi faktlarının aşkar olunması yaxşı haldır. Ancaq burada diqqət çəkən əsas məsələ yeyinti hallarının ifşa olunduğu halda səbəbkarların cəzasız qalmasıdır. Hesablama Palatasının yoxlamaları zamanı yeyinti halları aşkarlanan heç bir dövlət qurumunun rəhbəri dövlət vəsaitini mənimsədiyi üçün cəzalandırılmayıb. Bu isə qaranlıq məqamların olduğuna işarədir. Ancaq Palata yoxlamaları davam etdirir və əldə etdiyi nəticələri aidiyyatı qurumlara göndərir. Yaxın gələcəkdə Palatanın aşkar etdiyi yeyinti faklarıyla bağlı kimlərinsə cinayətə cəlb olunacağını gözləməyə dəyərmi?“Cümhuriyət” qəzetinə açıqlamasında hüquqşunas Əkrəm Həsənov deyib ki, bu məsələdə bir çox qaranlıq məqamlar var. Onun sözlərinə görə, heç kimin cinayət məsuliyyətinə cəlb olunmaması kimlərinsə marağındadır: “Hesablama Palatası müəyyən edib ki, çox ciddi məbləğlərdə mənimsəmələr, yeyintilər var. Palata bildirir ki, filan nazirlik və icra hakimiyyətində yeyinti halları baş verib. Ancaq bu, o demək deyil ki, bu yeyintini həmin qurumların binası edib. Onu həmin qurumlarda işləyən konkret adamlar edir. Buna görə də onları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Mən əminəm ki, Hesablama Palatası bu cür halları müəyyən edir və sənədləri prokurorluğa göndərib. Artıq bu Baş prokurorluq və ya Daxili İşlər Nazirliyinin işidir ki, Hesablama Palatasının müəyyən etdiyi yeyintiləri kimin etdiyini araşdırıb tapsın. Ola bilər ki, bunun arxasında nazir və ya icra başçısı özü durub. Amma mümkündür ki, həmin şəxslərin bundan xəbəri yoxdur, onları aldadıblar. Bu baxımdan mənimsənilmələrin arxasında duran adamı müəyyən etmək və onu cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Əks halda isə Hesablama Palatası öz işini vicdanla yerinə yetirir, sənədləri prokurorluğa göndərir, ancaq onlar cinayət işi açmır.Niyə açmır? Ola bilər ki, bunların hansısa marağı var və onları araşdırır, amma həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etmirlər. Bu gün dövlət korrupsiya ilə mübarizə aparır. Burada da əsas məsələ korrupsionerlərin cinayət məsuliyyətinə cəlb edilməsidir. Amma heç kim məsuliyyətə cəlb olunmursa başqa fikirlər formalaşır. Sanki Hesablama Palatasından hakimiyyətdaxili ziddiyyətlərdə istifadə edirlər. Palata sadəcə gedir, yoxlayır, qanunsuzluqları aşkar edir, ancaq heç kim məsuliyyətə cəlb edilmir”.Vilayət Muxtar 





Həftənin ən çox oxunanları