Yuxarı

Genetik ötürülən türk düşmənçiliyi

Genetik ötürülən  türk düşmənçiliyi

 Əlizadə qardaşları son akkordlarını vururƏlizadə qardaşları ağızlarını açanda ölkəni üfunət bürüyür. Söyüş və təhqirlərə meyilli olan bu adamların söyülmədikləri yerləri qalmayıb. Əsas məsələ də bir az fərqli görünmək, bir az ruporluğunu etdiyi dövlətlərin mövqelərindən çıxış etmək üçün etdikləri sərsəmləmələrə görə söyülmələri deyil, bu təhqirləri ən sevdikləri yemək kimi tez həzm etmələridir. Görünən dağa bələdçi də lazım deyil, görünən də budur ki, Əlizadə qardaşları üçün söyüş qidadır.1930-cu illərdə ataları Mübariz Əlizadə ziyalılar və ədəbiyyat adamlarından Moskvaya donos yazan gündən bu ailənin uşaqları söyüşlə böyüməyə başladılar. Mübariz Əlizadə bu söyüşləri içində millətə yönəlmiş nifrətə çevirdikcə bunlar kodlaşdırmışdı və genetik kod kimi Araz və Zərdüştə ötürmüşdü. İpəkqurdu da öz pupundan çıxdıqdan sonra nə mal olduğu ortaya çıxdı.Pup dövründən sonraƏlizadə ailəsinin politoloqu Zərdüşt hələ də Xalq Cəbhəsi lideri Əbülfəz Elçibəyin Güney Azərbaycan ideyasını, ailənin deputatı Araz da Azərbaycanın Sovetin qanlı caynağından özünü xilas etməsini bağışlaya bilmir. Ən az İran ayətullahları qədər türk kimliyinə qənim kəsilmiş Zərdüşt kimi qardaşı Araz da Araz çayı kimi bir xalqı, dövləti ortasından bölünməsinə sevinərdi. Qardaşların, adətən, medianın gündəmində fəallaşması o vaxta təsadüf edir ki, İran və Rusiyadan Azərbaycana təzyiqlər artır və bu dövlətlər ölkəmizə qarşı təhdidlərinə görə qınanılırlar. Həmin vaxt da Əlizadələr yuyulmamış çömçə kimi ortaya girərək tullanıb-düşürlər. Ayətullahların, jirinovskilərin və bu çərçivədən olan digər ünsürlərin sözlərini beyinlərə təlqin etməyə başlayırlar.Sırtılan sifətlərin ütülənməyiBir vicdansızlıq müqəvvası olan Əlizadələrin yaramaz ideologiyalarının hansı məqsədlərə xidmət etdikləri heç kəsə sirr deyil. Şübhəsiz ki, bu iki qardaşın - Araz və Zərdüştün axmaqlıqları rusların və farsların Azərbaycan dilinə dublyajıdır. Buna görə söyülürlər, “ağıllı-ağıllı” axmaq simaları altından müdrikcə görkəm alıb insanlara yol göstərmələri məsxərəyə qoyulur. Lakin Əlizadələr bu tənqid və təhqirlərdən dərs alıb, öz əyrilərini düzəldəcək adamlar deyillər.Degenerativ aşınmalara məruz qalmış beyinlərBaşqa ölkələrdə dəlilər, adətən, dispanserlərdə müalicə olunurlar, Azərbaycanda isə beyinləri degenerativ aşınmalara məruz qalmış Araz Əlizadə Milli Məclisdə oturub, bir o qədər gərgin olan Zərdüşt Əlizadə isə politoloqluq edir. Üzvi beyin və ruh xəstəliklərindən əziyyət çəkən Əlizadələrin gərginlik içində olmaları, hərəkət və davranışlarını, rabitəsiz nitqlərini, kobud jarqonlarını qaydaya sala bilməmələri də açıqca görünür. Bu, 1930-cu illərdə Əlizadələrin beyinlərinə müsəllət olmuş genetik lənətdir. Nəzərə alsaq ki, Mübariz Əlizadə vaxtilə donosçuluqla məşğul olanda bu ailə repressiya qurbanlarının yaxınlarının təzyiqləri altında idi, demək ki, Araz və Zərdüşt də ağır yaşayış şəraitləri ilə əlaqədar aldıqları mənəvi və psixoloji travmaların əziyyətlərini bu gün - ömürlərinin ölümə doğru əyildiyi vaxtda çəkməyə başlayıblar. Şübhəsiz ki, uşaqlıqdan alınan mənəvi zədələr genetik kodlarla ötürülmə xassəsinə malikdir.Zədəli keçmişƏlizadələr hər kəsin onlara qarşı olduğunu düşünür. Əlbəttə, yalnız paranoid şəxsiyyət sindromundan əziyyət çəkənlər ətraflarının onlara qarşı olduğunu zənn edirlər. İstrionik vəziyyətlərində isə Əlizadələr - xəstələr daim diqqət mərkəzində olmağı sevirlər və “hər kəs məni sevir” həyat tərziylə yaşayırlar. Lakin onların uğradıqları degenerasiya ətrafları üçün təhlükə deyil, çünki ruhi tarazlıqları bir də bərpa olunmayacaq formada pozulub və müalicəsi yalnız dispanesrdə mümkündür. Lakin bundan əvvəl qardaşları başa salmaq lazımdır. Çünki psixoloji sindromdan əziyyət çəkən Əlizadələr ömürlərinin sonunadək etdikləri sistemsiz və məntiqsiz hərəkətləri doğru həyat tərzi kimi qəbul edib yaşaya bilərlər. Əgər vaxtında müalicə olunmasalar, psixoloji travmalı bu adamlar ətraflarının etibarsız olduğuna özlərini inandırararaq özlərinə zərər vura bilərlər. Özləri üçün təhlükəyə çevrilə bilərlər. Şübhəsiz ki, Əlizadələrin psixoloji zədələri ataları Mübariz Əlizadənin zərərli zehin, davranış və duyğularının onlarda kodlaşdırdığı genetik impulslarla ötürülüb. Bu baxımdan Zərdüşt və Arazı başa salmaq lazım idi ki, ataları doğru yolda deyildi. Azərbaycanda da bunu hamı bildiyi üçün özlərinə dost tapa bilmirlər. Və dostlarını da İran və Rusiyada özünə şifahi və əyani şəkildə zorakılıq edən, döyən, alçaldan, əhəmiyyətsiz və dəyərsiz hesab edən siyasətçiləri dost kimi seçib özləri üçün xoşbəxt sonluqlu hekayələr yazmağa çalışırlar. Ensest keçmişi olan Əlizadələrin ətrafına radikallıq və aqressivlik nümayiş etdirməsi də genetik kodlarla ötürülən siqnallarla bağlıdır.Mənsur