Yuxarı

Bahalaşmanı süni inhisarçılar yaradır

Bahalaşmanı süni  inhisarçılar yaradır

 Rəqabət Məcəlləsinin qəbul olunmasına kimlər mane olur?Oqtay Haqverdiyev: “Beləsini cəzalandırmaq lazımdır”Əkrəm Həsənov: “Rəqabət yoxdursa, bazar iqtisadiyyatı da yoxdur”Fevralın 1-də parlamentin plenar iclasında deputat Vahid Əhmədovun etirazlı çıxışı diqqətdən yayınmadı. Deputatın etiraz dolu çıxışına səbəb Milli Məclisin əvvəlki iclaslarında Rəqabət Məcəlləsi 2-ci oxunuşdan keçsə də, sonradan qanun layihəsi özünün təbirincə desək, “yoxa çıxıb”. Vahid Əhmədov hesab edir ki, rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək istəyiriksə, Rəqabət Məcəlləsi qəbul edilməlidir:“Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur. Niyə Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək istəmirik? Monopoliyanı aradan qaldırmaq lazımdır. Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub. Hansı qüvvələr istəmir ki, Rəqabət Məcəlləsi qəbul olunsun? Xahiş edirəm ki, Rəqabət Məcəlləsi bundan sonrakı iclaslarda gündəliyə salınsın və 3-cü oxunuşda müzakirə edilsin”.11 ildir əli parlamentə gedib çatan və israrla bu məcəllənin qəbul olumasına dirəniş göstərən bu inhisarçının kim olması maraq doğurmaya bilməz. Eyni sualla Vahid Əhmədovun özünə müraciət etsək də, bir cavab ala bilmədik. Deputat bu məcəllənin qəbul olunmasına kimlərin mane olması barədə danışmaq istəmədi.İqtisadçı-ekspert Oqtay Haqverdiyev “Cümhuriyət” qəzetinə açıqlamasında Vahid Əhmədovun dediyi fikrilərdə həqiqətin olduğunu bildirib: “Dəfələrlə demişəm ki, rəqabət olmayan iqtisadiyyatda həmişə rüşvət və korrupsiya ilə yanaşı məmur özbaşınalığı da olacaq. Rəqabət olanda iqtisadiyyat normal işləyir. Çünki sahibkarlar bir-birilə rəqabətdə olur,daha aktiv işləmək, daha keyfiyyətli məhsul buraxmaq uğrunda çalışırlar. Amma bazarın yarısı bir adamın əlində olanda vəziyyət bir qədər başqa cür olur. Həmin inhisarçı məhsula istədiyi qiyməti tətbiq edir. Bu, təkcə bazarda yox, sənaye, kənd təsərrüfatı sahəsində də özünü göstərir. Monopolistlərin adının çəkilməməsi normaldır. Çünki o, yuxarıda oturanlara daha yaxındır”.“AZAL özəlləşdirilməlidir”Oqtay Haqverdiyev təbii və süni inhisarçıların fəaliyyətinə də toxunub: “Azərbaycan Dəmir Yolları” QSC, “AZAL”, Azərsu” ASC, “Azəriqaz” ASC,“Azərenerji” ASC-nin və bu kimi digər qurumların bütün xərcləri dövlət tərəfindən tənzimlənir. Bu qurumları özəlləşdirsəydi onların fəaliyyətində rəqabət aparmaq istəyənlər üzə çıxardı. Həmin qurumlar dövlətin əlindədir. Təbii ki, bu zaman dövlət özü-özüylə rəqabət aparmayacaq ki... Bunlar təbii inhisarçılardır. Necə ki, xarici ölkələrdə bir neçə hava nəqliyyatı ilə məşğul olan aviakampaniyalar var, eləcə də Azərbaycanda da “AZAL” özəlləşdirilməlidir. Bu zaman qiymətlər də normal olar. O cümlədən, digər qurumları özəlləşdirilməlidir”.Süni inhisarçılara gəlincə, iqtisadçı konkret olaraq ad açıqlayıb. O qeyd edib ki, Bakı Tikiş Evinin arxasında kim durursa, onun adı, soyadı da var: “Niyə qoymurlar ki, başqa bir fabrik də olsun? Əvvəllər yeni bir fabrik yaranmışdı, ancaq onu da sahibkarın əlindən aldılar. Yəni, bu sektor yenə də bir adamın əlində oldu. Bu, tamamilə kriminal bir haldır, qanunaziddir. Beləsini cəzalandırmaq lazımdır. Bu işlə məşğul olan şirkətlər bir şəxsin kurasiyasındadır”.“Onlar  məcəllənin qəbul edilməsinə müdaxilə edirlər”Hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, söhbətin hansı inhisarçıdan getdiyini müəyyən etmək olmur: “Rəqabət Məcəlləsi həm də sağlam rəqabətdən yaranır. Ola bilər ki, inhisarçı deyil, amma onların hərəkəti haqsız rəqabətə yol açır. Yəni, bazarda bir neçə nəfər birləşib digərinin əleyhinə qiyməti müəyyən edir. Bu gün Azərbaycanda “Haqsız Rəqabət” adlı bir qanun var. Bu, çox köhnə qanundur yəni, 1995-ci ildə qəbul olunub. O qanunda rəqabətin bütün formaları öz əksini tapıb. Burda haqsız rəqabət, bazardakı rəqibin fəaliyyətinin təqlidi, bazardakı rəqibin fəaliyyətinin nüfuzdan salınması və yaxud rəqibin fəaliyyətinə müdaxilə etmək və digər formalar var. Rəqabət Məcəlləsi yalnız inhisar məsələlərin həll etmir, o cümlədən, bazar münasibətlərini də tənzimləyir. Yəqin ki, bu məsələlərdə də fikir ayrılıqları mövcuddur. Məsələn, kimsə bazarda hansısa ad altında fəaliyyət göstərir. Digəri də gedib eyni adın sonun bir söz əlavə edərək brendin forması, oxşar reklamı formasında fəaliyyətə başlayır. Bu olur rəqibin fəaliyyətinin təqlidi. Təəssüf ki, bazarda belələri də mövcuddur. Ola bilər ki, onlar tək Azərbaycandakı şirkətin yox, xaricdəki hansısa şirkətlərin fəaliyyətin də təqlid edir. İstisna deyil ki, bu şəxslər həmin məcəllənin qəbul edilməsi prosesinə müdaxilə edirlər”. Hüquqşünas digər bir vacib məqama da toxunub. O bildirib ki, bütün bu hallar Azərbaycanda işlək Nazirlər Kabinetinin olmamasından irəli gəlir: “Adətən, bu cür layihələr parlamentdən keçə bilməyəndə bilin ki, hansısa nazirlik buna imkan vermir. Yəni, həmin nazirliyin başçısı olan nazir həmin sənədə viza vermir. Azərbaycanda hansısa sənəd qəbul olunanda baş nazir imzalayır. Baş nazir də o halda həmin sənədə razılıq verir ki, o, digər nazirlərin imzasını görür. Hansısa nazir sənədi imzalamırsa, bu o deməkdir ki, həmin qanun onun marağına ziddir.Bu halda baş nazir də sənədi imzalamır. Ehtimal edirəm ki, 11 il ərzində Rəqabət Məcəlləsinin qəbul olunmamasında da bu hal baş verib. Hansısa nazir və yaxud nazirliklər bu prosesə imkan vermir. Ola bilər ki, onların hansısa maraqları var. Gizlin deyil ki, bu gün Azərbaycanda dövlət məmurlarının xeyli hissəsi qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğuldur.Amma istisna deyil ki, bu nazirliklər arasında məhz sağlam fikir ayrılığı var. Buna əvvəl-axır son qoyulmalıdır. Ümumiyyətlə, bazar iqtisadiyyatının effektiv fəaliyyət göstərməsinin üç meyarı var. Birinci, mülkiyyət hüququnun qorunması, ikinci, bağlanan müqavilələrin icra edilməsi, üçüncü, sağlam rəqabət mühitidir. Bunlardan biri yoxdursa, orda bazar iqtisadiyyatı da yoxdur. Əgər Azərbaycanda illər boyu bu məcəllə qəbul edilmirsə, deməli, ölkədə hər hansı iqtisadi inkişafdan söhbət gedə bilməz”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları