Sərdar Cəlaloğlu: “Vəziyyət təhlükəli hal alacaq”Tofiq Yaqublu: “Belə davam etsə...”Xəzər Teyyublu: “Məsuliyyəti hökumət daşıyır”Baş nazirin müavini Əli Əhmədov ölkə bazarlarındakı bahalaşmadan danışıb. O, bazarlarda qiymət artımının hiss olunduğunu və hökumətin bunu etiraf etdiyini diqqətə çatdırıb. Ə.Əhmədov bildirib ki, hökumət tərəfindən qiymətlərin daha sürətlə artmaması üçün vacib olan tədbirlər görülür: “Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb”.Sosial problemlərin “ayaq səsləri”İqtisadçılara görə, baş nazir müavininin açıqlaması ölkədə bahalaşma trendinin olmasının ilk rəsmi etirafı və bunun davamlı olacağı xəbərdarlığıdır. Qiymət artımının ölkədəki sosial-iqtisadi böhranı daha da dərinləşdirəcəyinə diqqət çəkən iqtisadçılar hesab edirlər ki, hökumət siyasi idarəetmə sistemindən iqtisadi sektorlaradək ciddi islahatlara getməsə, ölkədə baş verəcək sosial partlayışın qarşısına keçmək mümkün olmayacaq. Lakin indiki məqamda böhrandan çıxmaq üçün hazır proqrama malik olmayan hökumətin proseslərin qarşısına nəzəri tədbirlərlə çıxaraq mövcud situasiyanı dəyişəcəyi ehtimalı da problematikdir.“Vəziyyət təhlükəli hal alacaq”Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə bahalaşma tendensiyasının ölkəyə əlavə problemlər yaradacağını istisna etməyib. S.Cəlaloğlu hesab edir ki, siyasi sistem təcili olaraq problemin həllinin qarşısına keçməsə, cəmiyyəti razı salacaq addımlar atmasa vəziyyət təhlükəli hal alacaq: “Hökumət rəsmi qiymət artımına əl atmamışdan əvvəl artıq bazarlarda qiymətlər 5-10 qat artırılıb. Şübhəsiz ki, bahalaşma davam edəcək. Əgər hökumət və monopolistlər bundan sonra rəsmi, yaxud qeyri-rəsmi qiymət artımına gedəcəklərsə, insanlar kortəbii şəkildə etirazlara başlayacaqlar. Bunun da ölkəni ciddi təhlükələrlə üzləşdirəcəyi qaçılmazdır. Sosial partlayışın əlamətləri görünür”.“Böhran aradan qalxmayacaq və daha da”Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu “Cümhuriyət” qəzetinə bildirib ki, ötən ilki devalvasiya və bahalaşma zamanı vətəndaşlar planlaşdırılmamış etiraz aksiyalarına başladılar. T.Yaqublunun sözlərinə görə, etirazlar indi də pərakəndə formada davam edir və hər kəs bunu görür: “Müxtəlif regionlarda insanlar ayağa qalxaraq icra hakimiyyətləri qarşısında etiraz aksiyaları keçirirlər, yolları kəsirlər. Bu o deməkdir ki, aksiyalarda təşkilatçılıq olsa, bunların miqyası daha geniş ola bilər. Bu, artıq sosial partlayış deməkdir. İnsanlar təşkilatlanmadan ölkədəki total böhrana etiraz etməyə başlayıblar. Çünki bu hakimiyyətin ölkəni xilas etmək üçün heç bir proqramı yoxdur. Bu hökumət korrupsiya və rüşvətdən başqa heç nə düşünmür.Belə davam etsə, böhran aradan qalxmayacaq və daha da dərinləşəcək. Digər yandan da xarici dövlətlər və bir sıra beynəlxalq təşkilatlarla münasibətlər korlanıb. Buna adekvat olaraq ABŞ-dan Azərbaycana sanksiyalar məsələsi gündəmdədir, Beynəlxalq Şəffaflıq Təşkilatı Azərbaycanla bağlı sərt qərarlar qəbul edir. Bu o deməkdir ki, həm daxildən, həm də xaricdən ölkəmiz üçün vəziyyət ürəkaçan olmadığına görə üçün böhran daha da dərinləşəcək. Vəziyyət pisə doğru getdikcə də etiraz aksiyalarının miqyası böyüyə bilər”.“Təcili islahatlara gedilməlidir”Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Xəzər Teyyublu “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda iqtisadi böhran elə bir vəziyyətə çatıb ki, insanlar hər gün bazarlarda qiymət artımıyla qarşılaşırlar. Qiymətlərin hər gün artdığını deyən X.Teyyublu bunu ölkənin istehsal, idxalat, ixracat və iqtisadiyyatı hərəkətə gətirəcək sənayesinin olmamasıyla əlaqələndirib: “Zavod və fabriklər də fəaliyyətlərini çoxdan dayandırıblar. Ümid yalnız neftə qalıb. Neftdən gələn gəlirlər xalqa çatmır, qiyməti də “sudan ucuz”dur. Neft pulları Bakıda mənasız tikintilərə xərcləndi. Pullar dağıdıldıqdan sonra da məlum oldu ki, ölkə iqtisadiyyatı çökmək ərəfəsindədir. Məsuliyyəti hökumət daşıyır. Hökumət ağıllı iqtisadi siyasət yürütsəydi, Bakı və regionlarda neftdən əldə olunan gəlirlərlə insanların işlə təmin edilməsinə imkan verən müəssisələr yaratmaq olardı. Bununla iqtisadiyyatı inkişaf etdirmək mümkün idi. Hakimiyyət bunun yaradacağı fəsadları nəzərə alaraq, təcili şəkildə təxirəsalınmaz tədbirlər görməlidir. Çünki vəziyyət getdikcə daha da ağırlaşacaq”.KXCP yetkilisi qeyd edib ki, ölkədə maaş artımı yoxdur, verilən maaşlar gecikdirilir, insanlar işsizləşirlər və kəskin bahalaşma var: “Kommunal sahədə də qiymət artımı gözləniləndir. Qaçqınların müavinətləri kəsilib. Guya hökumət bununla dövlət büdcəsinə qənaət edir. Yanlış siyasət yürüdülür. Əgər hakimiyyət ölkədə müsbət dəyişikik istəyirsə, ilk növbədə özünü, öz sistemini dəyişməlidir. İndiki sistem Azərbaycanı böyük fəlakətlərə apara bilər. Bunun qarşısını almaq üçün təcili siyasi islahatlara gedilməlidir, növbədənkənar seçkilər keçirilməlidir. Ölkədə demokratiya bərqərar olduqdan sonra kənardan böyük investorlar cəlb etməklə iqtisadiyyatı dirçəltmək mümkün olacaq. Azərbaycan xalqı səbrlidir və lazımi məqamlarda özünü müdafiə etməyi də bacarır, amma bu o demək deyil ki, sən onun çörəyini əlindən alıb, suyunu kəsməlisən. Şübhəsiz ki, vəziyyət düzəlməsə, xalq öz sözünü deyəcək”.Mənsur
- Ana səhifə
- Cəmiyyət
- Hökumətdən bahalaşma etirafı
Hökumətdən bahalaşma etirafı
Bu bölmədən digər xəbərlər
- Tufeylilər qeydiyyata alınacaq: "Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...” Tarix 23 Yanvar, 10:03
- Mətbuata dövlət yardımı necə olmalıdır ki: Pul hədər getməsin? – MÖVQE Tarix 19 Yanvar, 10:11
- Baş redaktor: "Onlara lap vəzifə də tapşırmaq olardı, idarə rəisi, filial müdiri...” Tarix 18 Yanvar, 10:11
- Medianın inkişafına nədən başlamalı? - Bir qərarla nail olacağımız nəticələr: Rəfail Becanov yazır Tarix 13 Yanvar, 10:17
- Biləsuvarda məmur özbaşınalığı: "Həyətyanı torpaq istədim, əkin sahəmi satdılar" Tarix 12 Yanvar, 10:19
- 18 yanvardan sonra nə olacaq? - Yeni qadağalar, yoxsa..? Tarix 12 Yanvar, 10:18
- Baş redaktordan Qərargaha müzakirə təklifi: "Virusdan qorunsaq da, psixoloji problemli cəmiyyətlə rastlaşacağıq” Tarix 11 Yanvar, 10:31
- Yeni dünya: Ağ Ev ucuz dollarla bazarı fəth edəcək Tarix 9 Yanvar, 11:24
- Biləsuvar sakini məmurlardan narazıdır: "Qanunsuz pul tələb edirlər” Tarix 7 Yanvar, 10:33
- 2020-ci ilin Azərbaycan mətbuatı: Qələbə xəbəri ilə tarixə düşdü - BİZİM SORĞU Tarix 30 Dekabr, 10:00

Seçilmiş xəbərlər
-
Ağ Ev işğalçını seçərsə: İtirdiyi qazancından çox olacaq
-
3 ölkənin birliyi: İran nədən narahatdır?
-
Tufeylilər qeydiyyata alınacaq: "Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...”
-
İrandan yeni blef: "Şiə NATO”-su kimə qarşıdır?
-
Axına qarşı gedən Tramp: Milyardları və gənc qızı ona kömək olacaq?-BİZİM TƏHLİL