Yuxarı

“Dərman mafiyası”ndan görünməmiş sabotaj

“Dərman mafiyası”ndan görünməmiş sabotaj

Son günlər apteklərdə bəzi dərmanların tapılmaması ilə bağlı məlumat vermişdik. 20 gündən çoxdur ki,  ölkənin müxtəlif apteklərində dərman qıtlığı müşahidə olunur. Ayrı-ayrı ictimai şəxslərin açıqlamalarında göstərilir ki, adi ağrıkəsici dərmanlar apteklərdə tapılmır. Aptek işçiləri özləri belə bu sualın cavabını dəqiq verə bilmirlər. Konkret olaraq “Üitramon”, “Korvalol”, “Valerian”, o cümlədən də “Prospan” adlı dərman preparatlarını bir çox apteklərdən tapmaq mümkünsüz olub. Ehtimal olunurdu ki, səbəb dolların ucuzlaşmasıdır. Ehtimal olunur ki, dərmanların apteklərdə tapılmamasına səbəb, dolların manatına nisbətən məzənnəsinin son bir həftədə kəskin azalmasıdır.Belə ki, dərman idxalçıları 1.92 məzənəsi ilə aldıqları dərmanları apteklərdə indiki məzənnə, yəni 1.76 məzənnəsi ilə satmaq istəmirlər. Tarif Şurası müvafiq qərar vermədiyi üçün də, yaranmış qiymət fərqini dərmanların üzərinə gələ bilmirlər. Prosesin nə qədər davam edəcəyi məlum deyil.Məlum olan isə odur ki, ölkədə, kiçik və orta sahibkarlığın inkişafına əsas əngəl olan qeyri-sağlam rəqabət mühiti, monopoliya qalmaqda davam edir. Ekspertlər hesab edir ki, bir qrup oliqarx deputat və məmur azad bazar münasibətlərinin formalaşmasının qarşısını almaqla ölkəni uçuruma sürükləməkdədir.Nə qədər ki, manatın ucuzlaşması prosesi gedir, manat stabilləşmir, bu gözlənilən haldır. Nəinki dərman preparatlarına, ölkəyə idxal olunan bütün məhsullara aiddir.  Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, apteklərin dərmanla təchizatı Səhiyyə Nazirliyinin səlahiyyətində olan məsələ deyil: “Ona görə də bu haqda məlumat verə bilmirəm. Apteklərdə dərman qıtlığı məsələsi sahibkarlıqla bağlı olan məsələdir. Siz aptekləri dərmanla təmin edən şirkətlərə müraciət edin. Bizə rəsmi olaraq dərman qıtlığı barədə müraciət daxil olmayıb ki, araşdıraq. Bu məsələ dərman siyasətidir”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları