Yuxarı

İcra hakimiyyətləri qanunsuz arxeoloji qazıntılar aparır

İcra hakimiyyətləri  qanunsuz arxeoloji  qazıntılar aparır

 Xaricə daşınan mədəni irsimizFariz Xəlilli: “Dəfinələr daha çox məzarlarda tapılır”Son illərdə respublikamızın müxtəlif ərazilərində aparılmış arxeoloji qazıntılar zamanı tapılan materiallar, qızılın və tarixi qoruqların xarici ölkələrə daşınması ilə bağlı iddialar var. Əldə etdiyimiz bilgilərə görə yerlıi icra hakimiyyətləri də ərazilərdə qanunsuz arxeoloji qazıntılar aparır. Aşkarlanan dəfinələr, zinət əşyaları və qiymətli materiallar müxtəlif şəxslərin vasitəçiliyi ilə xarici ölkələrə satılır. Bundan əlavə bildirilir ki, ərazilərdə aparılan arxeoloji qazıntılar Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarətə götürülür.Məsələ ilə bağlı “Miras” İctimai Birliyinin sədri, Ağsu Arxeoloji Ekspedisiyasının rəhbəri Fariz Xəlilli “Cümhuriyət” qəzetinə deyib ki, o qazıntılar zamanı aşkar olunan tapıntıların xaricə daşınması və ya satılması ilə bağlı faktla bağlı məlumatsızdır: “Bu günə qədər nə tapılıbsa, onlar yerindəcə inventarlaşdırılıb və ekspeditiyanın sonunda qoruqların ən qiymətliləri ya Bakıya, ya da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun fonduna göndərilib. Qızıl və gümüş əşyalar isə Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi fonduna təhvil verilir. Ağsu Arxeoloji Ekspedisiya orta əsr Ağsu şəhərində 37 ədəd Holland çevronu, dəfinə şəklində aşkar edib. Biz o tapıntını ərazidə saxlamırıq. Həmin günün səhəri onu Bakıya göndərmişik və birbaşa Tarix Muzeyinin fonduna daxil olub. Bundan sonra Mehrəvan qalasında eramızın III- IV əsrinə aid qızıl üzük aşkar edilib. O da eynilə fonda göndərilib. Həmçinin, arxeoloji qazıntılar zamanı deyil, təsadüfən tapılan qiymətli materiallar da olub.Onları da Tarix Muzeyinin Fonduna yönləndirmişik. Hətta təsadüfən materiallar tapan şəxslərə mükafat da verilir. Mən indiyə qədər bununla rastlaşmışam. Bakı-Tiflis Ceyhan xəttində, Şəkidəki kurqanlarda tapdığımız qızılları da Tarix Muzeyinə təhvil vermişik”. Fariz Xəlillinin sözlərinə görə, arxeoloji tapıntıların Fövqəladə Hallar Nazirliyi ilə heç bir əlaqəsi yoxdur: “Bu məsələ Milli Elmlər Akademiyası Mədəniyyət və Turizm Nazirliyinə tabe olan məsələdir. Hər iki qurum bununla bağlı hesabat verir. Hesabatı tək bir arxeoloq hazırlamır. Ekspedisiyada olan hər bir arxeoloqun özünün hesabatı olur və yekunda da ümumi hesabatı özü hazırlayır. Qazıntı zamanı təhlükəsizlik məsələləri üçün ərazi yerində yalnız Arxeologiya və Entoqrafiya İnstitutunun əməkdaşları olur. Əgər bir problem yaransa, cavabdeh orqanlara avtomatik məlumatlar verilir. Bu hərbiləşdirilmiş bir sistemlə idarə olunan proses deyil. Bu mülki bir prosesdir. Burada arxeoloq iki yerdən vəkalətnamə alır və nəzərdə tutulan arxeoloji abidəni öyrənməyə başlayır. Məsələn, bizə xəbər gəlmişdi ki, Kürdəmirdə mis pul dəfinəsi aşkar olunub.Ora yollandıq və məlum oldu ki, 5 kq-a yaxın bir gümüş kütlə idi. Onu bir ekskavatorçu hökumət üçün kanal qazan zaman aşkar etmişdi. O dəqiqə başının üstünü hüquq-mühafizə orqanları almışdı. Biz bununla bağlı təcili məlumatlandıq və həmin kütləni aktla təhvil aldıq. Ekspedisiyanın laborator şəraitində təmizləndi. Bəlli oldu ki, bu 1134 ədəd gümüş puldu. Onu Muradxanlı dəstəsi ilə adlandırdıq. Şirvanşah I Xəlilüllah və Şirvanşah II İbrahim dövrünün pullarıdır. Hazırda bu tapıntılar Kürdəmir Tarix Diyarşünaslıq Muzeyinin seyfində saxlanılır. Deməyim odur ki, zaman-zaman qızıl və gümüşlə bağlı çıxan materiallar gizlədilmir. Bu mümkün deyil. Biz istəsək, istəməsək də ətrafımızda dövlətin nəzarəti hiss olunur”. Tarixçi deyib ki, dəfinələr daha çox məzarlarda tapılır: “Daha çox şəhər qəbirlərində buna rast gəlinir. Xüsusilə, Sasani dövrünün qəbirlərində belə dəfinələr aşkar edilir. İndiyədək aşkar olunanların əksəriyyəti qəbir materiallarıdır. Söhbət qızıl və gümüşlərdən gedirsə, bunlar yalnız qəbirlərdə olur. Şəhərdə nadir rast gəlinə bilər, o da kimsə gizlədibsə... ”Fariz Xəlilli yerli icra hakimiyyətlərinin qanunsuz qazıntı işləri aparması məsələsinə də toxunub. O, deyib ki, bir müddət əvvəl Tərtərin Qapanlı kəndində o dövrə aid təpədə qazıntı işlərinin aparıldığına şahid olub: “Baxdım ki, o təpə əllə qazılana oxşamır, yəni, orada ekskavator işləyib. Yerli icra nhakimiyyətindən soruşdum, bildirilıdi ki, iki ekskavatorçu orada qazıntı işi aparıb. Polis isə onları həbs edib. Sonra bu günlərdə Şəkidə kurqanda qazıntı aparılmışdı. Əslində bu işlər nəzarətsiz deyil. Elələri var ki, tarixdən başı çıxmaya-çıxmaya yeri qazır. Sadəcə, savadsız, cahil, tarixdən məlumatı olmayan adamlardır ki, saxsı qab çıxan təpələrdə qanunsuz qazıntı aparır ”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları