Yuxarı

Xocalıdan əvvəlki erməni cinayətləri

Xocalıdan əvvəlki  erməni cinayətləri

 Malıbəyli, Quşçular, Qaradağlı faciələriAzərbaycan xalqının tarixinə soyqırım kimi yazılmış və siyasi-hüquqi qiymət almış hadisələr tarixi kökü etibarı ilə Osmanlı imperiyasının ərazilərinin bölüşdürülməsi - “Şərq məsələsinin həyata keçirilməsi” adlı uydurulmuş“erməni məsələsi” ilə bağlıdır. Bir zamanlar ermənilər özlərini dünyaya Osmanlı Türkiyəsinin Rusiya da daxil olmaqla Qərb sivilizasiyası arasında siyasi vasitəçi rolu oynayan mədəni və zəki xalq kimi təqdim edirdilər. Sonradan bu “rol” onların işinə yaradı və bu siyasətdən yetərincə bəhrələndilər. Lakin bununla yetinmədilər, özlərini zərərdidə xalq kimi təqdim edərək, söndürülməsi mümkün olmayan qan ocağı yaratdılar.(Əvvəli ötən sayımızda)Xocalı yolu açılmışdı1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqırımdır. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Xocalı ilə avtomobil əlaqəsi kəsilmiş və yeganə vasitə yalnız vertolyotlar qalmışdı. Şəhərə sonuncu mülki vertolyot yanvarın 29-da gəlir. Şuşa üzərində mülki vertolyotun vurulmasından və çoxlu insane təlafatından sonra nəqliyyatın bu növü də fəaliyyətini dayandırır. Fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri, Malıbəyli, Quşçular və Qaradağlı kəndləri işğal edilmiş, yüksək mövqelər alınmış, Xocalıya yol açılmışdı. Xocalı əhalisinin gözlənilən təhlükədən xəbəri olsa da, heç bir tədbir görülmür, camaat silahsız-sursatsız, müdafiəsiz şəkildə taleyin ümidinə buraxılır. Ermənilər isə irəliyə doğru addımlayırdılar. Ermənistan və rus ordusunun Qarabağ komandanlığı fevralın 18-də qəbul etdiyi qərara görə Xocalı üzərinə hücuma fevralın 25-də gecəyarısı icra ediləcəkdi. Hücum planına dörd  istiqamət daxil idi.

  1. Mehtikənd tərəfdən Erməni-rus ordusunun Qarabağdakı altıncı rotası və bu rotaya kömək məqsədi ilə Sasun, Suren, Levon, Akop, Vitali və Afo adlı zabitlərin hər biri 30-40 nəfərdən ibarət yerli silahlı dəstələri.
  2. Noragux tərəfdən erməni-rus ordusunun Qarabağdakı üçüncü və doqquzuncu rotaları (rota komandirləri; Tiqran və Yura, Armo, Qaqik və Edikin hər biri 30-40 nəfərdən ibarət yerli silahlı dəstələri)
  3. Katuk kəndi tərəfdən erməni-rus ordusunun Qarabağdakı birinci rotasının döyüşçüləri; rotanın komandiri Aşot Qulyan (Bekor), ikinci rotanın döyümçüləri, rotanın komandiri Karen Babayan (Karo), dördüncü rotanın döyüşçüləri habelə Albert adlı zabitin alayı və yaxın erməni kəndlərindən olan daha bir neçə yerli hər biri 30 nəfərdən ibarət silahlı dəstələr.
  4. Hava limanı istiqaməti deyilən istiqamət ermənilərə görə ən vacib istiqamət sayılırdı. Bu istiqamətdən Rusiyanın 366-cı motoatıcı alayının şəxsi heyəti və zirehli maşınları eləcə də Sumbat adlı zabitin mobil alayı irəliləyəcəkdi.
Beləcə,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndindəki 366 saylı motoatıcı alayının tankları, PDM-ləri, ZTR-ləri və şəxsi heyətinin iştirakı ilə tərtib olunan plana əsasən Xocalı şəhərinə daxil oldular. Modifikasiya edilmiş "Alazan" tipli qurğular şəhəri yandırıb külə döndərdi. Dinc əhaliyə şəhərdən çıxmaq üçün dəhliz belə verməyən cinayətkarlar Ağdama tərəf qaçan qadını, qocanı, uşağı amansızlıqla qətlə yetirdilər. 366-cı motoatıcı alayın əsgəri Viktoriya İvleva şəhərin topa tutulması barədə sonralar yazırdı: "...Gördüm ki, qarşı tərəfdən buluda oxşar nəsə gəlir, yaxınlaşanda aydın oldu ki, yarıçılpaq insan kütləsidir. Türklərdən (azərbaycanlılar) ən axırda qarın içində ayaqyalın üç uşağı ilə birgə gedən qadın tez-tez yıxılır, onu qaldırırdılar. Adamları təpənin maili döşündə güllələyirdilər. Həmin qadını və körpələrini də güllələdilər".Leonid Kravtsev - hərbi təyyarəçi, mayor: "Fevralın 26-da mən Stepanakertdən yaralıları çıxartdım. Əsgəran darvazasından geri qayıdanda aşağıda gözümdə ləkələr göründü, bir az aşağı endim. Bortmexanikim qışqırdı ki, bax, oradakı qadınlar və uşaqlardır. Bir az yoxuşda yerə səpələnmiş yüzlərlə insan cəsədi var idi. Biz ora uçduq, yerli milis kapitanı da bizimlə idi, başı əzilmiş dörd yaşlı oğlanı görən kimi bir andaca dəli olduq. Hələ də peşmanam, kaş ki onu özümüzlə aparmayaydıq, çox çəkmədi, öldü. İnanılacaq deyildi, hər yan eybəcər hala salınmış insan cəsədləri ilə doluydu. Biz onları yığıb Ağdama daşıyırdıq".Xocalı faciəsinin iştirakçısı, erməni yazıçısı Daud Xeyriyanın kitabından: "Martın 2-dən meyitlərin yandırılması ilə məşğul olan erməni "Qaflan" qrupu yüzdən artıq azərbaycanlı meyiti yığdı və Xocalıdan təxminən bir kilometr qərbdə yandırdı. Axırıncı maşında mən alnından və əllərindən yaralanmış on yaşlı qız gördüm. Aclığa, soyuğa və aldığı yaralara baxmayaraq hələ də keçinməmişdi. Uşaq yavaş-yavaş nəfəs alırdı. Tiqranyan adlı əsgər tezliklə bu hərəkətsiz qızı götürüb meyitlərin üstünə tulladı və od vurdu".Xocalı hücumda iştirak edən 366-cı  rus alayının əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik V.Savelyev Rusiya hökumətinə yazdığı "Məxfi arayışında" erməni silahlı dəstələri ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatlara şərh verərək yazırdı: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Azərbaycanlılar məni bağışlasınlar ki, bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi".Bu kütləvi və amansız insan qırğını erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin yeni bir mərhələsi olmaqla ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik kimi yadda qalacaqdır. Xocalı soyqırımı bəşəriyyətin, XX əsrin ən böyük və dəhşətli faciəsidir.Son olaraq demək istəyirəm ki, terrorçuluğun, separatizmin və onun təhlükəli istiqamətlərindən olan zorakı cinayətkarlığın qlobal təhlükə mənbəyinə çevrildiyi indiki şəraitdə bu cinayətlərin araşdırılmasına və qarşısnın alınmasına diqqət yetirilməliykən nə yazıq ki, dünya görməzlikdən gəlir, seyrcilik nümayiş etdirir. Ermənistanda milli ekstremizm özünü təcavüzkar separatizm şəklində reallaşdırmışdır. Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında ermənilər guya “öz müqəddəratı məsələsi”ni qoymaqla digər xalqa qarşı təcavüzkar aktlar həyata keçirir, insanlıq əleyhinə cinayət törədirlər. 1988-ci ilin sonuna qədər Ermənistanda 200 mindən çox azərbaycanlı son nəfərinə qədər öz ata-baba yurdundan qovuldu. Maraqlı dövlətlər isə yenə də Azərbaycandan güzəştlər tələb edir, ərazi bütövlüyünü təhdid edən “həll variantı” təklif edirlər. 1993-ü ildən bəri təklif olunan həll planlarına nəzər yetirsək, görərik ki, hamısı birtərəflidir və ermənilərin maraqlarına xidmət edir.Bu planların heç birində “Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu dövlətin tərkibində qalmalıdır” fikrinə rast gəlinmir. Buradan belə qənaət hasil olur ki, dünyanın baş verənlərə birtərəfli və erməni cinayətkarlığına ılımlı yanaşması gələcəkdə ermənilər tərəfindən Azərbaycan torpaqlarında törədiləcək soyqırım və terror aktlarının sayını daha da artıracaq, yeni Xocalı, Qaradağlı, Malıbəyli soyqırımları baş verəcək. İkili standartlar sürdükcə, dünyanın harasında olursa-olsun, baş verənlərə görməzliktən gəlindikcə münaqişə ocaqlarının sayı çoxalacaq, bəşəriyyət daha ciddi və daha yüksək dağıdıcılıq qabiliyyətinə malik terrorçuluq və təcavüzkar terrorçularla üzləşəcəkdir.Toğrul





Həftənin ən çox oxunanları