Yuxarı

BMT-nin ziddiyyətlərlə dolu iclası dünyanın gələcəyi üçün nə vəd edir?

BMT-nin ziddiyyətlərlə dolu iclası dünyanın gələcəyi üçün nə vəd edir?

[caption id="attachment_401" align="alignright" width="219"]natiq miri Natiq Miri: “Bunu Rusiyanın və İranın davranışları müəyyən edəcək”[/caption] Birləşmiş Millətlər Təşçilatının (BMT) 70-ci iclasında gözlənildiyi kimi qarşılıqlı razılaşmalar baş tutmadı, əksinə daha da ciddi qarşıdurmaların baş verəcəyinin anonsu verildi. Düzdür, gündəmdən kənar çıxışlar da var idi. Məsələn, Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünya valyutasının hazırlanması üzrə BMT-nin üzv ölkələrinin səylərini birləşdirməyi təklif edib. Amma əsasən iclasın ilk günləri ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında mövcud fikir ayrılıqlarının daha da dərinləşməsi ilə yadda qaldı. Xüsusilə də, Suriya məsələsində prezidentlər fərqli mövqe nümayiş etdiriblər. Bu tendensiya isə dünya üçün arzuolunmaz və təhlükəli mənzərələr vəd edir. Suriya məsələsində Rusiyaya güzəştə getməyəcəyi anlaşılan ABŞ prezidenti Obama bu azmış kimi Rusiyanı qıcıqlandıracaq daha bir addım atıb.   Dərinləşən ziddiyyət O, Ukrayna prezidenti Petro Poroşenko ilə BMT Baş Assambleyasının tədbirləri çərçivəsində keçirdiyi görüşdə vurğulayıb ki, Birləşmiş Ştatlar islahatlar aparan və münaqişənin diplomatik həllini axtarmaqda davam edən Ukraynanı dəstəkləməkdə davam edəcək. Bundan başqa, B.Obama Ukraynaya və P.Poroşenkonun Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə etmək səylərinə dəstəyini təsdiqləyib". Rusiya ilə Ukrayna arasındakı ədavət BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında da özünü büruzə verib.  Ukrayna prezidenti P. Poroşenkonun Assambleya tribunasında çıxışı zamanı Rusiyanın BMT-dəki nümayəndə heyətinin rəhbəri Vitaliy Çurkin zalı tərk edib.  Həmin vaxt Rusiya xarici işlər naziri Sergey Lavrov zalda olmayıb. O, çıxış üçün gözləmə otağında sıra gözləyib. Çurkin zalı tərk etsə də, Rusiya nümayəndə heyətinin bəzi üzvləri içəridə qalıb. Poroşenko çıxışı zamanı bildirmişdi ki, Ukrayna müqəddəratını özü həll edəcək. Və ukraynalılar hər addıma görə Rusiyadan icazə almaq anlayışını qəbul etmir. Putinin çıxışı zamanı isə Ukrayna nümayəndələri zalı tərk ediblər. Rusiya prezidenti Vladimir Putin və onun iranlı həmkarı Həsən Ruhani Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə qalmalı olduğunu bildirib. CNN telekanalına danışan Ruhani Suriyanın terrorçulardan təmizlənməsi üçün mərkəzi hökumətin gücləndirilməsinin vacibliyini vurğulayıb. İranın dövlət başçısı bildirib ki, terrorizmlə mübarizə üçün Əsədin hakimiyyətdə qalması mühümdür. Rusiya lideri də Suriyanın legitim hökumətini dəstəklədiyini bildirib. Putin xəbərdarlıqla çıxış edərək, hər bir dəyişikliyin Suriyanı da regiondakı digər ölkələrin vəziyyətinə salacağını deyib. O, Suriyada effektiv hökumət quruculuğunun möhkəmləndirilməsindən başqa çarə görmədiyini bildirib.   “Rusiya cəzasız qalıb” ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasının yubiley sessiyasındakı çıxışı isə  proqnozlaşdırıldığından daha sərt olub. Sərt ton əsasən Rusiyaya münasibətdə hiss olunub. Obama açıq-aşkar bildirib ki, Rusiya Ukraynada törətdiklərinə görə cəzasız qalıb və dünya bunu gözardı edə bilməz: “Ukraynanın suverenliyini pozan Rusiyanın cəzasız qalmasını dünya kənardan izləyə bilməz. Krımın Rusiya tərəfindən ilhaqı barədə düşünün. Suverenliyə və ərazi bütövlüyünə təhdidlər varsa və bu Ukrayna kimi bir ölkədə baş verirsə, biz kənarda dura bilmərik. Ukraynada baş verənlər dünyanın başqa ölkələrində də təkrarlana bilər”. Obama Rusiyanın bu siyasətinin ona hansı itkilər hesabına başa gəlməsindən də danışıb: “Sanksiyalara görə kapital axını, iqtisadiyyat dayanıb, rubl ucuzlaşıb. Rusiyanın ziyalı adamları ölkəni tərk edir. İndi də əksini düşünün. Təsəvvür edin ki, Rusiya diplomatiya yolu ilə gedir, maraqlarının təminatı üçün Ukraynayla, beynəlxalq birliklə birgə işləyir. Bu, Ukraynaya da, Rusiyaya da, elə bütün dünyaya da fayda verərdi”. Obama bildirib ki, məhz bu səbəbdən Vaşinqton Ukraynadakı böhranın həllində israrlıdır: “Kiyev gələcəyini özü müəyyən etməli və ərazisinə özü nəzarət etməlidir. Bizim məqsədimiz Rusiyanı təcrid etmək deyil. Biz bunu istəmirik. Biz istəyirik ki, Rusiya güclü və bizimlə əməkdaşlıqda maraqlı bir dövlət olsun ABŞ prezidenti Barak Obama Bəşər Əsədin ünvanına da sərt fikirlər səsləndirib. O, Əsədi “Uşaqların üstünə bomba atan zalım” adlandırıb. Bundan əlavə kürsüdə 40 dəqiqə çıxış edən Obama uşaqları qətlə yetirən diktatora dəstək verənləri açıq şəkildə qınayıb. Rusiya və İranı ad çəkmədən bu işdə günahlandıran Obama Suriyanın yeni bir liderə ehtiyacı olduğunu bildirib. Daha sonra ABŞ prezidenti "Müsəlman olmayanlar islamı terrorla eyni tərəziyə qoymamalıdır", - deyərək fikrini tamamlayıb.   Düşmənlərin görüşü Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında 2013-cü ilin yayından bəri ilk ikitərəfli görüş keçirilib. Məlumata görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sessiyasında iştirak edən iki ölkə liderlərinin görüşü BMT-nin qərargahında baş tutub. ABŞ prezidenti ilə danışıqlardan dərhal sonra Vladimir Putin Suriyadakı vəziyyət və Rusiyanın bu münaqişənin tənzimlənməsində iştirakı, eləcə də, Ukraynanın şərqindəki münaqişə məsələlərinə də toxunub. Danışıqlar 55 dəqiqə nəzərdə tutulsa da, 1 saat 40 dəqiqəyə kimi davam edib. ABŞ administrasiya başçısının sözlərinə görə, vaxtın yarısı Ukrayna vəziyyətinə, digər yarısı isə Suriya münaqişəsinə sərf edilib. Rusiya prezidenti görüşün çox faydalı və səmimi keçdiyini deyib: "Bugünkü söhbət, artıq qeyd etdiyim kimi, çox konstruktiv, işgüzar və səmimi oldu", - deyə V. Putin jurnalistlərə bildirib. O, həmçinin, əlavə edib ki, ABŞ bir çox məsələlər üzrə, o cümlədən, Ukraynadakı və Suriyadakı vəziyyətə dair Rusiya ilə ortaq fikirdədir. Barak Obama da görüşdən sonra jurnalistlərə açıqlama verib: "Bir çox məsələlər üzrə ortaq məxrəcə gəldik. Amma fikir ayrılıqlarımız da az olmadı", - deyə ABŞ prezidenti vurğulayıb. Barak Obama bəyan edib ki, nə qədər ki Bəşər Əsəd Suriya prezidentidir, Suriya münaqişəsini həll etmək mümkün olmayacaq. Vladimir Putin isə B.Əsədə yardım göstərməyi vacib bilib, onun sözlərinə görə, ölkədə hal-hazırda yeganə hüquqi lider odur. BMT baş katibi Pan Gi Mun isə Suriyadakı müharibəyə son qoyulması üçün Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, İran və Türkiyəni Suriyadakı müharibəni bitirmək üçün razılığa gəlməyə çağırıb..   Rusiya və ABŞ-ın sərgilədiyi siyasət dünyanın gələcəyi üçün nə vəd edir? Politoloq Natiq Miri “Cümhuriyət”ə açıqlamasında bildirdi ki, Rusiya Ukraynadakı savaşla hər hansı bir nəticəyə nail ola bilmədiyini anlayandan sonra istiqaməti Suriyaya yönəltdi: “Çünki Ukraynadakı savaş Rusiyaya həm maliyyə, həm də insan itkilərinə baxmayaraq ona qarşı tətbiq olunan Qərbin sanksiyalarını dayandıra bilmədi, eyni zamanda Ukraynanı çökdürmək planı da alınmadı, bütövlükdə "Novorossiya" strategiyası iflasa uğradı. Ona görə də sanksiyalara səbəb olan Ukraynadan diqqətləri başqa bir səmtə yönəltmək lazım idi ki, bu da təbii ki, Yaxın Şərq cəbhəsində Suriya ola bilərdi. Orada süni surətdə vəziyyəti kəskinləşdirməklə ciddi qaçqın axınını Avropaya yönəltdilər ki, bu problemə də Avropa hazırsız yaxalandı. Üstəlik, Dəməşqə olan son hərbi hücumları bəhanə gətirərək Əsəd hakimiyyətini müdafiə etmək adıyla Rusiya reaktiv təyyarə və digər müasir silah növlərini, eyni zamanda hərbi kontingenti Suriyaya göndərdi. Bu isə Suriyada mövcud vəziyyəti dəyişdi ki, bu da ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı narahat etməyə bilməzdi. Burada məqsəd BMT-nin yubiley 70-ci Assambleyasının toplantısında diplomatik izolədən çıxmaq, beynəlxalq fikirdə yenidən legitimləşmək və ABŞ prezidenti ilə görüşmək və nəticədə Rusiyanın dünya siyasəyində əski mövqeyini bərpa etmək idi. Düşünmürəm ki, Rusiya bundan ötəsini istəyə və İŞİD-lə mübarizəni öz üstünə götürə”.   “Qarabağ probleminə də çözüm mühiti yarana bilər” Onun sözlərinə görə, Rusiyanın Suriyaya qoşun cəlb etməklə böyük beynəlxalq hay küy yaratmasına rəğmən İŞİD-lə təkbaşına mübarizə aparmaq istəyində deyil, sadəcə İŞİD-lə mübarizə adı altında yenidən dünya siyasətində söz sahibinə çevrilmək, bunu bəhanə edərək Suriyada yeni hərbi bazalar əldə etmək, orada möhkəmlənmək və gələcək Suriya hakimiyyətinin qurulmasında iştirak etməklə Yaxın Şərqdəki geosiyasi maraqlarını təmin etmək istəyi var: “Əgər bu yöndə ABŞ-la müəyyən bazarlıqlar və razılaşmalar olsa, təbii ki, Suriya məsələsindən Ukraynaya və Qarabağ probleminə də çözüm mühiti yarana bilər. Ancaq düşünürəm ki, hələlik bu yöndə uzağa gedən nəticələr çıxarmaq doğru olmazdı. Çünki Rusiyanın Suriyada, Donbasda və Qarabağ məsələsində davranışları müəyyən şübhələr yaradır. Vəziyyətə tam aydınlaşma gəlməyənə qədər ABŞ və müttəfiqlərində Rusiyaya qarşı müsbət mənada heç nə dəyişməyəcək. Çünki Qərb üçün hələ Rusiyanın son siyasəti aydın deyil. Əgər həqiqətən də Rusiyanın məqsədi İŞİD-lə mübarizədə bu prosesə yardım etməkdirsə, onda koalisiya ilə birlikdə bunu edə bilər və tezliklə ciddi nəticələr əldə edə və hətta Suriyada keçid hökümətinin qurulmasına da nail ola bilərlər. bilərlər. Yox əgər başqa niyyətlər olacaqsa, bu regionda ciddi qarşıdurmalara gətirə, daha böyük fəlakətə yol aça bilər”. Politoloq əlavə edib ki, artıq İsrail bununla bağlı öz ciddi narahatlıqlarını ortaya qoyub və yenidən Suriyanın gölan təpələrində olan və Əsəd rejiminə yardım edən Hizbullahçıları bombardman edib: “Buna paralel olaraq İranın dəstəklədiyi Hizbullaha Rusiyanın köhnə tanklar verdiyi də bildirilir. Ona görə də vəziyyət çox mürəkkəb olduğundan indidən konkret proqnoz vermək çox çətindir. Bunu yaxın zamanlarda Rusiyanın və İranın davranışları müəyyən edəcək. Hər bir halda mən BMT-dəki görüşlərdən sonra yaranan vəziyyətdən o qədər də optimist deyiləm. Çünki Rusiya güvənilir bir ölkə deyil, sabitqədəm siyasət yürütmür və hər şeyi özünü, geosiyasi maraqlarını xilas etmək üçün görüntü xatirinə edir. Ona görə də bir az da gözləməyə ehtiyac olacaq deyə düşünürəm”. QabilPolitoloq Qabil Hüseynli də hesab edir ki, BMT  Baş Assambleyanın 70-ci sessiyasının ilk günlərində aparıcı dövlət başçıları ortaq məxrəcə gələ bilməyiblər: "Rusiya və ABŞ liderlərinin çıxışları bu günki dünya siyasəti barədə kifayət qədər təsəvvürlər yaratdı. Obama avtoritar rejimlərə çağırış etdi və bildirdi ki, dünya əbədi deyil, vəzifədən vaxtında getmək lazımdır. ABŞ prezidentinin əsas ismarıcları Rusiya və Suriyadakı rejimlərə yönəlmişdi. Putin isə gözlənilən çıxışı etdi və Əsəd hakimiyyətinin müdafiəsinə qalxdı. O, növbətçi çıxış etdi. Putin "Suriyadakı terrorçular" dedikdə, bura təkcə İŞİD-i deyil, Əsədi devirmək istətyən Azad Suriya Ordusunu, sağlam müxalifəti də aid edir. Rusiya prezidenti Suriya məsələsində təşəbbüsü əldən vermək istəmir. Lukaşenko çıxışında üçüncü Dünya Müharibəsinin başlaya biləcəyinə işarə vurdu. Bu isə dünya dövlətlərinin ciddi qərarlar qəbul etməsini tələb edir".   Cavad  





Həftənin ən çox oxunanları