Sosial mənzillərin verilmə tarixi açıqlandı. Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Cebhe.info-ya verilən məlumata görə ilkin mərhələdə Yasamal ərazisində tikilən sosial mənzillər yaxın bir ildə istismara veriləcək. Ötən il bu binaların cari ilin sonu üçün istifadəyə veriləcəyi söylənilsə də, görünür müəyyən səbəblərdən iş ləngiyib. 2018-ci ilin əvvəli, yaxud da sonunda istifadəyə verilməsi ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur. Xatırladaq ki, növbəti il ərzində istifadəyə veriləcək bu binalar ilk növbədə aşağıdakı şəxslərə veriləcək: -Dövlət qulluğunun xüsusi növündə xidmət keçən -Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən -Fəlsəfə doktoru elmi dərəcəsi olan -İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) -Elmlər doktoru elmi dərəcəsi olan -Ən azı 15 il dövlət qulluğunda qulluq edən Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) -Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə. Qeyd edək ki MİDA Azərbaycan Respublikasının Prezidenti 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılıb. Sosila mənzillər əhaliyə aylıq 100-300 manatlıq kreditlə veriləcək. Nigar Məhərrəm
- Ana səhifə
- Cəmiyyət
- Bakıda 100 manata ev almaq istəyənlərə tarix açıqlandı
Bakıda 100 manata ev almaq istəyənlərə tarix açıqlandı
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi