Yuxarı

Əxlaqsızlığa dəstək verən müəllim, siyasətçi, şair, tamada, həkim...

Əxlaqsızlığa dəstək verən müəllim, siyasətçi, şair, tamada, həkim...

  exlaqsiz2Sosial şəbəkələri söyüşvə təhqir ruporuna çevirmiş AXCP-nin Əli Kərimli qanadının fəalları cəmiyyətdə mənəvi aşınmanı daha da dərinləşdirirlər. Şəxsən Əli Kərimlinin, onun müavini Fuad Qəhrəmanlının nəzarətində olan söyüşçülər dəstəsi bu günə qədər cəmiyyətdə nüfuz sahibi olan bir sıra şəxslərə qarşı qara piardan istifadə ediblər. Bir zamanlar Milli Azadlıq Hərəkatının, müxalifətin və AXCP-nin lideri mərhum Əbülfəz Elçibəyə qarşı ən iyrənc metodlarla mübarizə aparan “Yurd”çu qəzetlərin, jurnalistlərin yerini bu gün Əli Kərimlinin facebookdakı muzdlu yazarları tutub. Bu günlərdə Əli Kərimliyə çox yaxın olan Ayət İsmayıl adlı şəxs AXCP-də avtoritarizm yaradan Əli Kərimlini despotizmdə günahlandıranlarlabağlı bir status paylaşmışdı. Kərimli əxlaqını daşıyan, aşağılıq kompleksli birisi olan Ayət İsmayıl  bu şəxslərin nəinki özlərini, hətta ailələrini təhqir edib. AXCP-nin Əli Kərimli qanadında əxlaqsız metodlar, “bizim kimi düşünməyən bizdən deyil” zehniyyəti hakim idi. Ancaq iş bu həddə gəlib çatmamışdı. Əli Kərimli və komandasının, xüsusən də Fuad Qəhrəmanlının mənəvi göstəriciləri o qədər aşağı düşüb ki, bu zavallılar artıq siyasi rəqiblərinin ailə üzvlərini belə təhqir etməkdən çəkinmirlər. Əli Kərimlinin şəxsi göstərişi və Fuad Qəhrəmanlı adlanan söyüş maşınını birbaşa göstərişi ilə Ayət İsmayıl bu dəfə Razi Nurullayev və onunla birgə AXCP Etimad Qurultayının Təşkilat Komitəsinə daxil olanları bu qədər şərəfsiz və alçaqcasına təhqir edib. Bolşevik düşüncəli Kərimli və komandasından bunlar gözləniləndir. Adam suçluluq pisxologiyası daşıyır. Əli Kərimli AXCP sədri olmaq üçün mənəvi legitimliyini itirib. Liderinə və ətrafında olan əksər insana xəyanət etmiş bu adam mənəvi aşınmanın son həddindədir. Azərbaycan siyasətinə mənəviyyatsızlığı,  ikiüzlülüyü, simasızlığı, satqınlığı gətirmiş Əli Kərimli vəziyyəti o yerə çatdırıb ki, hətta cəmiyyətin ziyalı kimi tanıdığı şəxslər də onun söyüş makinasının vintciyinə çevriliblər. exlaqsiz1Ayət İsmayılın (yeri gəlmişkən, məlumata görə, bu profillə yazan şəxs Əli Kərimlinin müavini Fuad Qəhrəmanlıdır) yazdığı təhqir dolu, heç bir mənəvi ölçülərə sığmayan statusu bəyənənlər arasında sabiq cəbhəçi və keçmiş müsavatçı İbrahim İbrahimli ( bu adamı 1995-ci ildə Əli Kərimli şantajla AXCP-dən qovmuşdu-müəll.), şair Sakit İlkin, Şahin həkim, müğənni Ayaz Allahverdiyev, dindar-müəllim Sahib Rüstəmov, universitet müəllimi Eldar Hüseynov, şair İqbal Nəhmət, Salyan toylarında tamadalıq edən Firdovsi Şirvanlı da var. Cəmiyyətin ziyalı, müəllim kimi tanıdığı şəxslərin Əli Kərimli adlanan siyasi impotentin, Fuad Qəhrəmanlı kimi yalnız öz marağını güdən siyasi dəllalın əlində alətə çevrilmələri çox acınacaqlıdır. Əbülfəz Qurbanlının aqibəti bu adamları düşündürməlidir. O qədər xidmətin qarşısında Əli Kərimli və mürtəce komandası bir günün içərisində Əbülfəz Qurbanlının siyasi karyerasına son verdi. Günlərin bir günü illərini, gəncliyini Əli Kərimliyə xidmətə vermiş bu adamlar da sakitçə çəkilib gedəcək. Onların aqibəti Əli Kəriminin əxlaqsız təbliğat metodlarına dəstək verən adamları ayıltmalıdır. Amma əxlaqsız statusa dəstək vermək tarixi fakt kimi yaddaşlarda qalacaq. Belə bir statusa dəstək verən siyasətçi, şair, tamada, həkim, universitet müəllimi, orta məktəb müəllimi, dindar Xəlil Rza demişkən, tarixin zibilliklərində yaşamalı olacaqlar. Cəmiyyətin ən ümdə problemi əxlaqdır. Hər kəsin, ziyalı olan adamın birincisi vəzifəsi cəmiyyətin əxlaqının qorunmasıdır. Çünki əxlaq bütün siyasi baxışlardan da, iqtisadi imkanlardan da, şeirdən də üstündür. Onu qorumaq təkcə insanın özünün əxlaqlı olması deyil, həm də əxlaqsızlığa etirazıdır. Amma özünü cəmiyyətin aparıcı kəsimi sayan bəzi adamların əxlaqsızlığa, əxlaqsız şəkildə yazılmış statusa dəstək verməsinin adı yoxdur. Belə müəllimlər, belə şeir yazanlar, belə dindarlar, belə siyasətçilər, belə gənclər cəmiyyətə nə fayda verə bilər? Türkel  





Həftənin ən çox oxunanları