Yuxarı

Deputat sosial ev bölgüsündən danışdı

Deputat sosial ev bölgüsündən danışdı

2018-ci ildə sosial mənzillər ilk alıcılarına təqdim ediləcək . Qərara əsasən ilk növbədə şəhid ailəsinin üzvləri, Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla), ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə sosial evlər veriləcək. Artıq gələn aydan etibarən qeyd olunan göstəricilərə cavab verən, sosial ev almaq istəyən şəxslər sənədləri təhvil verəcək. Bu isə o deməkdir ki, illərlə ev növbəsində olan və bu akteqoriyalardan heç birinə daxil olmayan şəxslərin ev arzusu bu dəfə də gözündə qalacaq. Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvi Musa Quliyev Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. M.Quliyevin sözlərinə görə, ilkin mərhələdə tikilən 29 bina bütünlüklə qeyd olunan kateqoriyadan olan şəxsləri sosial mənzillə təmin etməyəcək: “Ehtiyacı olan hər bir kəs növbəyə dayanaraq sosial ev ala biləcək. Ümumilikdə ilkin mərhələdə 29 bina tikiləcək. Düşünürəm ki, bu bölgü kifayət qədər ədalətlidir. Şəhid ailəsini kənara qoyub digər şəxslərin ev almasını necə təmin etmək olar? Ədalətli bölgü dedikdə nə düşünürsüz ki? Bu mənzillər hamıya veriləcək. 29 bina bir şəhər deməkdir. 20 il gözləyənlər 1-2 il də şəhid ailəsinə, gənc aspiranta görə gözləyər”.  M.Quliyev qeyd edib ki, ilkin mərhələdə bütün şəhid ailələri, o cümlədən də digər kateqoriyadan olan şəxslərin sosial mənzillə təmin edilməsi mümkün olmasa da növbəti mərhələdə məhdudiyyət qoyulmayacaq: “Bu proses illərlə davam edəcək. Növbəti mərhələdə əhalinin ehtiyac içində olan digər təbəqəsi də bu evləri ala biləcək”.  Nigar Məhərrəm





Həftənin ən çox oxunanları