Yuxarı

"Kənardan Azərbaycana böyük təhdidlər var”

"Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var”. 

Cebhe.info xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev  deyib.

Həmçinin DTX rəisi Mədət Quliyev xəyanətkar şəbəkənin əsasının 1988-1990-cı illərdən qoyulduğunu, prezidentin tapşırığının düzgün icrasının nəticəsində onların deşifrə olunduğunu qeyd edib: "Kənardan da Azərbaycana qarşı hər cür təhdid var. Son günlər aşkarlanan təhlükəni Müdafiə Nazirliyinin özü aşkarlamışdı. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu araşdırma aparır. Onlar bir günün, beş günün casusları deyil, bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən ölkəmizdə kök atıb. Bu casusların ifşa olunması Müdafiə Nazirliyinin rəhbərliyinin ölkə başçısının tapşırıqlarının düzgün icrasının nəticəsidir”. 

Rövşən Əsədov 





Həftənin ən çox oxunanları