
Son günlər Almaniyaya getmək istəyən azərbaycanlılar viza almaqda çətinlik çəkdiklərini, əksər hallarda istəklərinin səfirlikdə rədd edildiyini bildirirlər.
Lakin Almaniyanın ölkəmizdəki səfirliyi yayılan məlumatın yanlış olduğunu bildirib.
Cebhe.info-ya açıqlama verən səfirliyin nümayəndəsi qeyd edib ki, hər gün xeyli sayda müraciətlər və viza alanlar olur.
Qeyd edək ki, Almaniyaya viza almaq üçün səfirliyin rəsmi internet səhifəsinə, http://baku.diplo.de- yə daxil olmalısınız. Sənəd təyin etmək üçün öncədən vaxt təyin edilməlidir. Sənədlərin qəbul vaxtı haqda səfirliyin rəsmi saytında məlumatlar dərc olunub.
Nigar Məhərrəm