Yuxarı

Bakı taksiləri ərəblərə xidmət etmir

Bakı taksiləri ərəblərə xidmət etmir

Üzümüz Xəzərə, Bakının mərkəzi hesab edilən Milli Parkadır. Bir neçə ayla müqayisədə Milli Parkdakı ab-hava tamamən dəyişib.Sahilboyu ərazi ərəb turistlərlə doludur.Hətta bulvarda özünüzü Bakıda deyil, hansısa ərəb ölkəsində də hiss edə bilərsiniz. Burada azərbaycanlıların sayı tək-tük olsa da, belə bir izdiham içində həmvətənli görmək bir başqa kefdir.Nəsə ki, sizə bir gecə yolçuluğumuzdan, başımıza gələn macəralardan nəql edək.

Satıcıların üzü əvvəlki aylardakı kimi qayğılı yox, daha təbəssümlü idi.Alıcı çox olduğu üçün kirayə, çörək pulu, kredit dərdləri azalmışdı.Tələb təklif vardı.Bu səbəbdən bazardakı qiymətlər də öncəki bir neçə ayla müqayisədə yüksək idi.Ərəblər pula pul demədən ən xırda bir oyuncaq, qida məmulatı üçün qədərindən daha artıq pul tökürdülər.Sanki pul onlar üçün oyuncaq idi, hara gəldi xərcləyirdilər.Bakının mərkəzi küçələri "Tarqovı", Milli Park onların əyləncə, gəzinti yerləridir.Tələb çox olduğu üçün yerli sakinlər daha baha məhsul almaq məcburiyyətindədirlər.Necə deyərlər, qurunun oduna yaş da yandı. Hamı deyir ki, bircə bu ərəblər çıxıb getsəydi, biz də əvvəlki qiymətlə alış-veriş edərdik...

Ərəb turistlərin sayəsində bir aya qazanclarını, bir neçə günə çıxarda bilirlər.Pinti xalq hesab olunsalar da çox ürəyiaçıqdırlar.Hətta pula ehtiyacınız olsa, əlini cibinə salıb əskinazı saymadan sizə kifayət qədər pul verərlər.Uşaqlar da böyüklər kimi, paylaşmağı sevirlər.

Adətən, ailə qrupları bir kişi və onun 4 həyat yoldaşı, övladlarından ibarət olur. Kimisi şəkil çəkdirir, kimisi əylənir.Milli Parkda ərəblərin daha çox diqqətini çəkən isə heykəllər, "ramka"lardır.

Bəzən haradasa dayanıb şəkil çəkdirmək üçün böyük növbə gözləməli olursunuz.Bəli, bura özgələşən doğma Bakımızdır.Təkcə Venesiya qayığına minmək üçün 100-ə yaxın ərəb növbədə dayanmışdı.Belədə bizə zaman çatmayacağını görüb ordan uzaqlaşırıq.Atraksionların qiyməti öncəki illərdə olduğu kimi qalıb.Daha çox yerli əhalinin diqqət mərkəzində olan artaksionlarda qiymətlər 2-5 manat arasında dəyişir.2 manat xərcləməklə 3 dəqiqə də olsa, övladınızı sevindirə, bununla da içinizdə böyük bir vəzifəni yerinə yetirdiyinizi düşünə bilərsiniz. Kasıbın olanı budur...

Gəmilər də ərəblərlə doludur.Onlar Bakını çox sevdiklərini, bəyəndiklərini, buranın maraqlı olduğunu deyirlər.Farah adlı ərəb xanım deyir ki öladı Bakını çox sevdi, heç ölkələrinə qayıtmaq istəmirlər. Artıq 3 aya yaxındır ki, Bakıdadırlar: "Bu bizim Bakıya ilk səfərimizdir, şəhəriniz olduqca gözəldir. Artıq çox yerləri gəzmişik, Atəşgahı, Xalça Muzeyini, böyük biznes mərkəzlərini dolaşdıq.İnsanları da qonaqpərvərdir.Bizimlə xoş münasibət qururlar".

Səudiyyə Ərəbistanından olan ərəblər daha çox üstünlük təşkil edir. Pakistan, İraq kimi digər ərəb ölkələrindən gələnlər də az deyil. Səudiyyə ərəbistanlılarından fərqli olaraq Pakistandan gələn ərəbləri varlı hesab etmək olmaz.

Həmsöhbətimiz  Farah xanımla bahalı aksessuarlar haqda söhbət edirdik. Birdən maraqlı bir hadisə yadına düşdü, baş verənləri beləcə nağıl etdi: "Biz həddindən artıq bahalı geyinir. Ucuz geyim, aksessuarlar almırıq.Qızılı daha çox sevirik, gördüyünüz kimi bu saat da qızıldır.Kifayət qədər, təxminən 25 min dollar dəyəri var. Bu yaxınlarda, Bakıda bir taksidə əyləşmişdik.Necə oldusa, saatımı unudub taksidə qoydum.Dəyəri 30 min dollara bərabər idi".

Ərəblərin Bakı macəraları bununla bitib-tükənmək bilməz.

Ürəkaçmayan mənzərələrdən biri budur ki, ərəblər Bakıda da kifayət qədər varlı həyat yaşasalar da, şəhərimizin təmizliyinə gözəçarpacaq dərəcədə ziyan vururlar. 20 dəqiqəlik gəmi səyahəti zamanı  3-cü mərtəbədə, VİP kabinetdə oturan ərəblər yuxarıdan aşağı zibil dolu bir neçə torbanı tulladılar. 

Məhz bu səbəbdən də bəzi şirkətlər onlardan imtina edir.Elə taksi şirkətləri kimi.Taksi şirkətləri deyir ki, onlar ərəbləri mindirməkdən imtina edirlər.Gələn sifarişləri qəbul etmirlər.Biri açıqlanmayan, bəlli səbəbdən dolayı, digəri isə onların çox pinti olması ilə əlaqədardır.

Yolumuzun sonu taksi səyahəti ilə başa vururuq...

Bir axşam taksidən düşüb ...

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları