Yuxarı

AXCP sədri "Turan”dakı yoxlamaya etiraz etdi

AXCP sədri

""Turan” İnformasiya Agentliyində yoxlama aparılması ciddi siqnaldır. Belə görünür ki, hakimiyyət onu bağlamaq üçün hərəkətə keçib. Bunu yolverilməz və çox böyük xəta hesab edirəm”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. 

Partiya sədrinin sözlərinə görə, fərqli fikir və fərqli sözün olması demokratik cəmiyyətlər üçün xas olan elementdir: "Hələ də fərqli fikir söyləyən, müstəqil mətbuat siyasəti yeritməyə çalışan mətbu orqanlarına təzyiqi pisləyir və hakimiyyəti "Turan”a basqıları dayandırmağa səsləyirəm”.

Razi Nurullayev bildirib ki, "Turan” İA-nin rəhbəri Mehman Əliyev Azərbaycanın ikinci müstəqillik dövrünün ən öndə gedən mətbuat nümayəndələrindən biridir: "Rəhbərlik etdiyi agentlik dünyada çox tanınan və oxunan bir qurumdur. Agentliyin bağlanması Azərbaycanın beynəlxalq nüfuzuna endirilmiş növbəti zərbə olacaq.

Demokratik qüvvələr bu cür hadisələrin baş verməsini önləmək üçün birləşməli, inteqrasiya olunmalı və güc kimi formalaşmalıdır. Hakimiyyət qarşısında birləşmiş müxalif güc görən zaman antidemokratik addımlar atmaqdan çəkinə bilər”.






Həftənin ən çox oxunanları