Yuxarı

TV-lər niyə qınaq obyektinə çevrilir?

TV-lər niyə qınaq obyektinə çevrilir?

  [caption id="attachment_821" align="alignleft" width="313"]qulumeherremliesas6 Qulu Məhərrəmli: 10 ilə yaxındır Azərbaycan televizyalarının səviyyəsi narazılıq doğurur[/caption] Azərbaycan cəmiyyətində ictimai-siyasi hərarət artanda istər istəməz qütbləşmələr və bu qütbləşmənin fonunda ictima-siyasi qınaqlar, ittihamlar meydana gəlir. İqtidar-müxalifət cəbhəsində, cəmiyyətin ziyalı təbəqələrində səslənən qarşılıqlı "asıb-kəsmə"lərdən yerli televiziya şirkətlərinin də, necə deyərlər,  payı olur. Belə ki, ölkədə ictimaiyyəti narahat edən problemlərdən söhbət açılanda ilk qınaq obyektinə çevirilən TV-lər olur. Efir vasitəsiylə maarifləndirmə sisteminin yoxluğu, ekranların daha çox şou verilişlərə köklənməsi, eyni zamanda TV-lərin müstəqil olmaması, hakimiyyətin maraqlarına xidmət göstərməsi kimi ittihamlar səslənir. Cəmiyyət üçün maraqlı olan informasiyaların televizyalarda əks olunmaması onu deməyə əsas verir ki, televizyalar sərbəst deyillər. Əslində məsələnin kökündə nə durur? Necə olsa cəmiyyət tərəfindən televizyaların durumu birmənalı qarşılanmaz? Professor Qulu Məhərrəmli və media mütəxəssisi Zeynal Məmmədli  "Cumhuriyət" qəzetinə sadalanan narazılıqlar və səslənən fikirlər haqda danışıb. [caption id="attachment_822" align="alignright" width="259"]zeynal memmedli Zeynal Məmmədli: "Televiziya yayımı üçün bazar sərbəst olmalıdır..."[/caption] Qulu Məhərrəmli bu problemin təzə olmadığını deyib: “Təxminən 10 ilə yaxındır ki, Azərbaycan televiziyalarının səviyyəsindən narazılıq var. Bunun da əsas səbəbi onunla bağlıdır ki, tamaşaçı marağı gözlənilmir, ölkədə gedən proseslər televizyalarda ümumiyyətlə əks olunmur, fərqli fikirlər yoxdur və sair. Halbu ki, bunlar müasir televiziyanın əsas göstəricilərindən biridir ki, o, cəmiyyəti güzgü kimi ifadə etsin. Əgər belə ifadə edə bilmirsə, bunun iki səbəbi var. Biri peşəkarlığın aşağı həddə olması, ikinci isə televizyaların müstəqilliyinin məhdudlaşdırılmasıdır. Məsələn, “ANS” televizyasında “Beş barmaq” tok-şousunda müzakirələr gedir. Əgər bu kanalda belə müzakirələr mövcuddursa, başqa televiziyalarda da başqa mövzularda müzakirələr aparmaq olar. Sadəcə televiziyalar təşəbbüsçü olmalıdır. Zənnimcə, həddindən artıq sıxıntı verlişlərə və aparıcılara mənfi təsir edir. Bunlar nəzərə alınmalıdır”. Qulu Məhərrəmlinin sözlərinə görə, azadlığın ölçüləri hara qədərdirsə, televizyada o ölçülərə qədər də maraqlı verlişlər edə bilər: “Cəmiyyəti düşündürən ən aktual mövzuda diskusiya niyə hazırlamayaq ki? Kim bunu bizə qadağan edir? Sadəcə olaraq televizyaların özündə bir çəkingənlik yaranıb. Məsələn, yaxın televiziya tarixində maraqlı verilişlər və ondan da maraqlı aparıcıları olub. Bunları da bizə maraqlı edən televizyaların azadlığı, aparıcıların sərbəstliyi olub. Əgər kimsə bu sərbəstliyi məhdudlaşdırırsa, bu, xoşagələn tendensiya deyil.” Zeynal Məmmədlinin fikrinə görə, televiziya o vaxt inkişaf edir ki, birinci növbədə cəmiyyətin özünü ifadə edə bilmək imkanı olur: “Televiziya yayımının inkişafında əsas şərtlərdən biri odur ki, bazar sərbəst olmalıdır. Yəni bu kanalların müstəqilliyini qorumaq şərti ilə bazardan pul qazanmaq imkanları olmalıdır. Amma Azərbaycanda bazar sərbəst deyil. Kontrollu bir reklam bazarı var. Necə ki, hər şey inhisardadır, o cümlədən, reklam bazarı da inhisardadır. Təsadüfi deyil ki, Azərbaycanda media reklam bazarının ümumi məbləği hələ də sual doğurur, yəni açıqlanmır. Halbuki, vergidən çox asanlıqla ümumi məlumatı almaq olar. AzTv ilə İctimai Televizyaya heç bir kommersiya sirri aid deyil. Onlar nə qədər reklam qazanır bunu açıqlamazlar. Halbuki, bu məlumatlar açıqlanması qadağan olunmayan məlumatlar sırasına daxildir. İfadə azadlığı ilə bağlı, eləcə də siyasi problemlər olanda telekanallar çox rahat başa gələn, heç kimi qıcıqlandırmayan proqramlar hazırlamaqda maraqlı olurlar. Çünki onlar o proqramlar daxilində müstəqildir. Bu zaman peşəkarlıq arxa plana gedir, bir sözlə, az maliyyə vəsaiti xərcləyim, çox qazanım. Buna görə də ən aşağı tələbatı ödəməyə meyillənirlər. Çünki biz avtoritar cəmiyyətik. Bu cəmiyyət özünü ifadə etməyə, fikrini bildirməyə alışmayıb. Tamaşaçı qrupları yoxdur, sosialoji sorğular da keçirilmir ki, biləsən bu cəmiyyətdə vəziyyət necədir. Yalnız zahiri reytinqlərdən bilirik ki, vəziyyət necədir. Hətta Azərbaycandakı reytinqlər belə, real mənzərəni gizlədə bilmir. Bilirsən ki, “ATV” kanalı bir çox parametrlərinə görə öndə gedir. İkincilik “Xəzər” və “ANS” kanalları arasında gedir. Digər kanalların reytinqi çox geridədir. Proqramları da elə təqdim edirlər ki, sanki tamaşaçı bunu istəyir deyə verirlər. Amma onlar nə vaxt cəmiyyət üçün maraqlı, önəmli müzakirələr, proqramlar verirlər ki, reytinqdə irəli getsin?! Xəbərlərin özündə belə siaysi plüralizm çatmır. Buna görə də bu televizyalar kütləvi marağı dəyişdirmir. Zaman-zaman tənqid olunması ictimai rəyi ovutmaq xarakteri daşıyır”. Ekspert Zeynal Məmmədli bu istiqamətdə beynəlxalq təcrübənin Azərbaycan televizyalarında tətbiq olunması məsələsinə də toxunub: “Bunun üçün birinci siyasi iradə olmalıdır. Eyni zamanda, ictimai rəy də öz istəyini hökumətə diktə etməyi bacarmalıdır. Bu cür şərait qeyri-peşəkarlığa çox əlverişlidir. Yüksək qonorar ala bilirlər, televiziyada məşurlaşırlar və idarəçilər də özlərini populiyar menecer kimi göstərirlər. Bu durum həm televizyadakıların qane edir, həm də hakimiyyəti”.   Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları