Yuxarı

Nazirlər Kabinetində islahatlar vacib şərtdir

Nazirlər Kabinetində islahatlar vacib şərtdir

Azərbaycan Nazirlər Kabinetində islahatların aparılması məsələsi yenidən gündəmə gəlib.Ekspertlər hesab edir ki, iqtisadi böhranı aradan qaldırmaq üçün təcili şəkildə Nazirlər Kabinetində islahatlar aparılmalıdır. İqtisadçılara görə, monopoliya yaradıb iqtisadi fəallığı azaldan və islahatlara mane olan bir sıra  məmurlar vəzifələrindən kənarlaşdırılmalıdır. Qeyd olunur ki, bu baxımdan Nazirlər Kabinetinin indiki strukturu tamamilə yenilənməlidir.Təklif olunur ki, kabinetin strukturu baş nazirdən, ictimai əsaslarla nazirlər içindən seçilməklə baş nazirin iki müavinindən və maksimum 18 nazirlikdən ibarət olmalıdır.Başqa sözlə, Nazirlər Kabineti dinamik və mobil struktura çevrilməlidir.

İslahat niyə gecikir?

Nazirlər Kabinetinin yeni dövrün tələblərinə cavab vermədiyi uzun müddətdir müzakirə olunur.Fəaliyyətində dinamiklik və çeviklik olmayan kabinetə daxil olan strukturların sayının azaldılması və mobil komanda yaradılmas hətta parlament səviyyəsində bir neçə dəfə gündəmə gətirilib.Lakin yaxın zamanlarda islahatlara gediləcəyi inandırıcı görünmür.Halbuki referendumla Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər də bu zərərurəti ortaya çıxarır. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş başçısı Eldar Mahmudov ətrafında baş verənlər də göstərdi ki, nəinki hazırda bəzi oliqarxlar, hətta vaxtilə bu komanda da təmsil olunmuş keçmiş dövlət adamları ilə də mübarizə aparmaq bir qədər çətindir. 

Hökumətin itkisi və qazancı

Bir sıra ekspertlər islahatların təhlükəli situasiya ortaya çıxaracağını iddia edirlər.Hazırkı vəziyyətdə islahatların hökumətinin özünün də xeyrinə olacağı bildirilir.Nəzərə alsaq ki, neftin dünya bazarında ucuzlaşmasından sonra ehtiyatda olan valyutalar sürətlə əriməyə başlayıb və dolların birjalarda bahalaşan trendi var, bu da hökumətə əlavə maliyyə itkilərinə başa gəlir.Başqa bir tərəfdən isə iqtisadiyyatın strateji sektorları həmin oliqarx nazirlər və məmurların monopoliyasındadır, bu da itirilən maliyyənin həcmini fantastik dərəcədə şişirdə bilər.Buna görə də Nazirlər Kabinetində gözlənilən islahatları təxriəsalınmaz tədbirlər planı kimi indiki mərhələdə həyata keçirilməsi təklif olunur.

Mənsur Rəğbətoğlu