Yuxarı

MTN-nin həbsdəki generalı: "Özümü öldürmək istədim..."

MTN-nin həbsdəki generalı:

Bu gün Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov son sözlə çıxış edib.

APA-nın yazdığına görə, A.Çovdarov ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, ittihamların qərəzli olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib: ”Həbs olunmamışdan əvvəl özümü öldürmək istədim. Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar”.

"Mənim ölkədə xidmətlərim olub. MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibət göstərilib. Mən ölkəm üçün, vətənim üçün xidmət aparmışam"- deyə A.Çovdarov əlavə edib.

Məhkəmədə fasilə elan olunub.

Cebhe.info





Həftənin ən çox oxunanları