Yuxarı

SOCAR-da ixtisar MÜƏMMASI

SOCAR-da ixtisar MÜƏMMASI

SOCAR-ın tabeliyində fəaliyyət göstərən iki müəssisə birləşib."Vergilər” qəzetinin məlumatına əsasən, SOCAR-ın "Azneft” İstehsalat Birliyi "SOCAR-Ümid” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib. Qeyd edək ki, "Azneft” İB Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi üzrə 16 iyun 2003-cü il tarixdə dövlət qeydiyyatına alınıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı "Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən məsələ ilə bağlı "Azneft” İstehsalat Birliyinə müraciət edib: "İstehsalat Birliyi müraciətimi aydınlaşdırdığını desə də, amma hələ də ortaya bir şey çıxarda bilməyib. Onların izah etdiyinə baxsaq, belə çıxır ki, "SOCAR-Ümid” MMC-ni "Azneft” İstehsalat Birliyinin tərkibinə veriblər.

"Azneft” İstehsalat Birliyinin verdiyi cavaba görə, müəssisələrin birləşdirilməsi müvəqqəti xarakter daşıyır.Amma müvəqqəti birləşmə özü də ağıla sığmır.Burada vergilər, əməkhaqqı və digər sosial ödənişlər var. Həmçinin strukturun idarə olunması da mövcuddur.Hesab edirəm ki, bu, natamam, tələm-tələsik verilmiş bir informasiyadır.Qərar hələ ki, cəmiyyətə açıqlanmır”.

Hüquqşünasın qənaətincə, struktur dəyişdiyi üçün şirkətin əmri olmalıdır:

"Amma bu əmr görsənmir. Burada sənədləşdirmə getməyib.Ona görə də şirkət məsləyə aydınlıq gətirməlidir.Əgər bir qurum digər quruma birləşdirilirsə, şirkət əmri ilə yenidən strukturda dəyişiklik olmalıdır.Yəni, eyni şöbələr üzrə ixtisarlar olmalıdır və sair.Ona görə də Vergilər Nazirliyinin rəsmi qəzeti məsələni bu yöndə verib.Şirkətin də məsələyə tam aydınlıq gətirməməsi müəmmalıdır.Verilən məlumat axıra kimi dəqiləşdirilməyib.Birləşmənin mexanizmi göstərilməyib.Yaxşı olardı ki, şirkət problemə aydınlıq gətirsin”.

Mirvari Qəhrəmanlı onu da qeyd edib ki, SOCAR-ın strukturuna ümumilikdə 28 idarə daxildir:

"Bundan əlavə şirkətin tərkibində birgə müəssisələr də fəaliyyət göstərir. Əslində şirkət dəyişikliyi mütləq şəkildə öz saytında verməli idi.Amma heç kimin xəbəri yoxdur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları