Yuxarı

Ana dilimizin qorunması üçün müzakirələr başladı

Ana dilimizin qorunması üçün müzakirələr başladı

Bu gün Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda tədbir keçirilib.

Cebhe.info xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, media və QHT nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirakçıları salamlayıb və tədbirin prezidentin birbaşa tapşırığı ilə keçirildiyini deyib:

"Bizim də məqsədimiz qloballaşan, transmilliləşən dünyada ana dilimizin saflığını qorumaqdır. Sirr deyil ki, milli dövlətin yaranmasında da dil mühim rol oynayır. Ona görə də dövlət dilinim qorunması önəm kəsb edirdi. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etməsi uğurlarımızdan biridir. Azərbaycan dili dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsidir. Başqa sözlə, Azərbaycan dili özünün hazırki səviyyəsinə çatana qədər müxtəlif mərhələlərdən keçib". 

Yad ünsürlərin dilimizə gətirilməsinə də toxunan Əli Həsənov bunun yolverilməz olduğunu deyib: "Bir sıra mətbuat orqanlarında, film dublyajlarında, küçə reklamlarında Azərbaycan dilindən tam şəkildə istifadə olunmadığını görürük. Azərbaycan dili çox böyük imkanlara malikdir. Ona görə də bu üstünlüklərdən istifadə edərək dövlət dilini qorumalıyıq. Bu problemlərin aradan qaldırılması üçün prezindetin tapşırığı ilə bu tədbir təşkil olunub". 

Vilayət Muxtar