Yuxarı

Baş redaktordan keçmiş diplomata cavabsız qalacaq suallar

Baş redaktordan keçmiş diplomata cavabsız qalacaq suallar

"Arif Məmmədov adında bir adam  Avropada oturub seçkiyə gedənləri ittiham edir. Bu, onun düşüncəsidir. Düşüncəsi ilə işimiz yoxdur. Tənqid etmək, əks fikir söyləmək hüququdur. Amma səviyyəsizcəsinə, mədəniyyətsiz yanaşmasına adi baxmaq olmur. Adam o qədər adam kimi adam deyil ki, onu keçmiş səfir də adlandırmağa utanırsan. Avropa mədəniyyəti görməliydi ən azı. Təəssüf ki, nə Şərq, nə də Qərb mədəniyəti əxz edə bilib. İllərini boşuna veribmiş. Namizədliklərini irəli sürənlərə ayama axtarır. Deyən yoxdur ki, adam kimi adam ol, sənin başqa işin-gücün yoxmu? Sən əgər doğrudan da, sivil birisinsə, sivil bir dünyagörüşə maliksənsə, dünya demokratiyasını anlayıbsansa, ondan danış, tutuquşu kimi Əli Kərimlinin ardınca təkrar etdiyin boykotun mexanizmini göstər, boykot dediyin nəsnənin necə həyata keçirilməsi ilə bağlı adamları məlumatlandır”.  

Bunu Cebhe.info-ya açıqlamasında keçmiş diplomat Arif Məmmədovun seçkidə iştirak edənlərə dair fikirlərinə münasibət bildirən "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktor A.Məmmədova bəzi suallar ünvanlayıb: "Boykotu necə gerçəkləşdirəcəksiniz, yaxud necə gerçəkləşdirmək mümkündür? Yoxsa boykotunuz bir quru sözdür? Bunlardan danışmalıykən, səfir yox, səfil davranışı sərgiləyirsiniz. Bununla onsuz da itib-batan adını daha dərinə niyə gömürsən ki?! Lağ etdiyin Hafiz Hacıyevdən fərqin nədir? Ondan üstün nəyin var? Dünyagörüşünmü, mədəniyyətinmi? Profilindən görünür bu "üstünlüklərin"! Bu adam "Namizəd olmaq istəyənlərin şəklini qoyub kim bunlara hörmət edirsə, dostluğumdan çıxsın” yazır. Söhbət sosial şəbəkə dostluğundan gedir. Bu düşüncə daşıyıcısının neobolşevik fikirlərinə güvənməkmi olar? Sabah bunun əlində hansısa imtiyaz, imkan olarsa, bilirsiniz nə edər? Dəvəyə qanad məsələsidir.

Bir az da çox. İslam Əməkdaşlıq Təşkilatında inkişaf etmiş, sivil dövlətlər də, düşüncələr də var, Bu adam İŞİD-çiliyi hardan, kimdən öyrəndi belə? Düşüncəsi də, yanaşması da, yazdıqları da İŞİD düşüncəsidir. Bu gün imkanı sözə çatır, sözlə insanları aşağılayır. Sabah əlində başqa imkan olsa, sorğusuz-sualsız, məhkəməsiz-filansız adamlara ölüm hökmü kəsər. Əlində avtomatı, başının üstündə Bağdadi kimi lideri çatmır. Bəlkə o da var. "Yerli Bağdadilərin” də Arif Məmmədov kimi tərəfdarı olar... Çox çətindir. Cəmiyyətimiz təkcə ideallar, ideyalar uğrunda deyil, həm də neobolşevizmlə, neofaşizmlə mübarizəylə üz-üzədir. Aldanmışları da, aldadılmağa özləri cəhd edənləri də ayıltmaq gərəkdir. Başqa yol qalmayıb...”

Cebhe.info





Həftənin ən çox oxunanları