Yuxarı

Elçibəyin məzarındakı əklili kim qoparıb? - Sabir Həsənov məsələni araşdırmaq əvəzinə özünü sığortalamaq istəyir

Elçibəyin məzarındakı əklili kim qoparıb? - Sabir Həsənov məsələni araşdırmaq əvəzinə özünü sığortalamaq istəyir

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev və partiya rəhbərliyinə daxil olan şəxslər, eləcə də partiya fəallarının Əbülfəz Elçibəyin 80 illik yubileyi ərəfəsində mərhum prezidentin Fəxri Xiyabandakı məzarına qoyduğu əklilin üzərindən xatirə yazısı qoparılıb. Bunu edən şəxs və ya şəxslər əklilin üzərindəki "partiya” və "Razi Nurullayev” yazılan hissəni qoparıblar. AXCP təmsilçiləri məsələni araşdırsalar da, bu hərəkətin kim tərəfindən edildiyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. 

Xatırladaq ki, məsələ ilə bağlı Cebhe.info-ya danışan Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (BƏVXT) baş mühəndisi Sabir Həsənov Fəxri Xiyabanın mühafizə edilmədiyini bildirərək, belə bir hadisənin baş verməsindən də xəbərsiz olduğu görüntüsünü yaradıb. 

"Əbülfəz Elçibəyin məzarı üzərindəki əklildən yazının götürülməsini kim deyir? Harada deyir? Belə bir şey yoxdur, ola da bilməz”, - deyən baş mühəndis əslində bir neçə gündür mətbuatda müzakirə edilən məsələdən xəbərsiz olduğunu demək istəyib. Halbuki çıxışının əvvəlində Fəxri Xiyabanın mühafizə edilmədiyini deməklə kimlərinsə məzarın üzərindəki əklilin qoparmasına şərait olduğunu təsdiqləyi. 
 
Ancaq maraqlıdır ki, Sabir Həsənovun "Bunu kim harada deyir?” deyə israrla xəbərsiz olduğunu dediyi məsələdən təmsil olunduğu Trestdə də məlumatlıdırlar. AXCP sədrinin müavini Mehriban Sadıqova Cebhe.info-ya bildirib ki, həmin günü məsələ ilə bağlı "Kanal 13” də çəkiliş aparıb: 

"Biz məlum hadisədən sonra oradakı Nəzarət Komitəsinə müraciət etdik. Bildirdilər ki, kameralar olmadığı üçün bunu müəyyənləşdirmək mümkün deyil. Həmçinin dedilər ki, əgər əklil aparılsaydı, bunu araşdırmaq olardı, belə xırda işi araşdıra bilməzlər və ora gəlib-gedən insanlar haqqında məlumatlı deyillər. Daha sonra Trestlə əlaqə saxladıq, şöbə müdirinə müraciət etdik. Onlarda texniki işçilərin hamısını dəvət etdilər və işçilər bu halı görmədiklərini bildirdilər. Hətta zibil qutuları da açılıb baxıldı. Nəzarətçilər bizə həm də bildirmişdilər ki, məsələyə cavab başqa bir variantda mümkün deyil. Qeyd edim ki, bizim şikayətimiz də artıq qeydə alınıb”. 

Beləliklə, görünür ki, baş mühəndis Trestə daxil olan şikayəti araşdırmaq əvəzinə, xəbərsiz olduğu və ya xəbərsiz olduğu görüntüsü yaratmağa çalışdığı hadisə barədə "belə bir şey ola bilməz” deməklə özünü sığırtalamağa çalışır. Hər halda söhbət ölkənin eks-prezidentinin məzarı üstünə qoyulmuş əklildən gedirsə və əklilin üzərindəki yazıların qoparıldığına dair fotofaktlar varsa, bunun məsuliyyətini Trestdə də anlamamış deyillər. 

Hicranə İsmayılova 





Həftənin ən çox oxunanları