Yuxarı

Komada olan Oqtay Gülalıyevin oğlu: "Yaxın 10 gündə...”

Komada olan Oqtay Gülalıyevin oğlu:


Bir həftə əvvəl İstanbulda yerləşən "Amerikan Hastanesi”nə köçürülmüş komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevdən xəbər var. Hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev Cebhe.info-ya bildirib ki, həkimlər atasının vəziyyəti ilə bağlı yaxın 10 gündə məlumat verəcəklər:  "Atam hələ stabil olaraq komadadır. Vəziyyətində heç bir dəyişiklik yoxdur. Gələcək 10 gündə həkimlər cavab verəcək”.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev "City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Beyin əzilməsi diaqnozu qoyulan O.Gülalıyev 25 gündən çoxdur ki, koma vəziyyətindədir.

Alçina Amilqızı