Yuxarı

Gənclərə bloggerlik öyrədildi

Gənclərə bloggerlik öyrədildi

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Region Beynəlxalq Analitik Mərkəz İB-nin 3 aylıq layihəsi artıq sona çatdı.

Cumhuriyyet.biz xəbər verir ki, layihə "YAZ və YAY Bloggerlik və Vbloggerlik fəaliyyətində gənclərin fəaliyyətinin genişləndirilməsi” ilə bağlı olub. 

Qeyd edək ki, layihənin məqsədi video texnologiyalar sahəsində daha çox mütəxəssisin hazırlanması, onların peşəkarlığının artırılması və video bloggerlik peşəsinin təbliği, gənclər arasında mobil telefon vasitəsi ilə daha maraqlı şəkil, video çəkilməsini təmin edərək, milli-mənəvi dəyərlərimizi qoruyaraq, düzgün, etik qaydada bloggerlik edərək bu tipli blogların yaradılmasına təşfiq etmək, asudə vaxtın maraqlı təşkilinə töhfə verməkdə ibarət idi. 

Layihə dövründə 30-dan çox gənclərə "YAZ və YAY Bloggerlik və Vbloggerlik fəaliyyətində gənclərin fəaliyyətinin genişləndirilməsi” mövzusunda təlim təşkil olundu. Təlim 4 gün uğurla davam etdi. Təlim dövründə gənclərə internet medianın texniki tərəfləri, bloq yaratmaq və tanıtmaq işi öyrədildi. Həmçinin təlimdə rəqəmsal məsuliyyət, məzmunla bağlı məsələlərin gücləndirilməsi və media səlahiyyətləri, sosial etika, sosiallaşma, milli və mənəvi dəyərlər, bloq nədir, nə üçün yazmaq lazımdır, bloq yazmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli) mövzuları haqqında proqramlardan ibarət oldu.

Layihə müddətində bloq yaratmaq istəyən, bloggerliklə və vloggerliklə məşğul olmaq istəyən, marağında olan, həvəskar olan gənclər üçün aparılan işlərimiz, tərtib etdiyimiz bukletlər və təşkil etdiyimiz təlim proqramları gənclərin sosial media və bloggerlik fəaliyyəti ilə bağlı təlimatlılığını artırmaq və onlara internet medianın imkanlarından faydalı şəkildə istifadə etmə fikirlərini formalaşdırmaqdan ibarət idi.

cumhuriyyet.biz





Həftənin ən çox oxunanları