Yuxarı

Xəzər sürüşmə təhlükəsi yaradır - Ekoloqdan SOS

Xəzər sürüşmə təhlükəsi yaradır - Ekoloqdan SOS

Xəzər sürüşmə təhlükəsi yaradır - Ekoloqdan SOS

"Xəzər suyunun səviyyəsinin azalması ilə qrunt suları azalır. Bu, Xəzərə yaxın olan sahələrdə sürüşmə prosesini gücləndirə bilər”.

Bunu Cebhe.info-ya Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Xəzər dənizində suyun səviyyəsinin azalması səbəblərindən danışarkən deyib:

"Xəzərin səviyyəsinin azalması səbəblərindən biri dənizin Rusiya ilə olan sərhədində yağıntıların miqdarının aşağı olmasıdır. Yağıntı yoxdur, çaylar quruyur. Tarixən də Xəzərin suyunun səviyyəsi qalxıb və enib. Xəzərin səviyyəsinin qalxıb-enmə səbəbinin 30 faizi yağıntı bəlasıdır. İkincisi isə Xəzər dənizi Sakit okeandan asılıdır. Sakit okean Atlantik okeandan 6-7 metr hündürlükdə yerləşir. Yeraltı təzyiqlər Xəzərə real oyun oynayır. Deyirlər ki, Aral gölü quruyur. Aral gölünün qurumasının başqa səbələri var. Sovet dövründə Aral gölünün qarşısındakı iki nəhəng çayın qarşısı kəsilərək pambıq yetişdirmək üçün sahələrə verildi. Bununla da Aral gölünü qurutdular. Bu məsələ Xəzərə aid deyil. Xəzər çayların səmərəsi ilə deyil, tektonik vəziyyətdə yaranıb. Həm Atlantik, həm də Sakit okeanla əlaqəsi olub. O yeraltı əlaqələri heç kim poza bilməz”.

Ekoloq onu da əlavə edib ki, prosesi daim nəzarət altında saxlamaq və lazımi tədbirlər görmək vacibdir:

"Təəssüf ki, bununla bağlı tədbirlər görülmür. Gözləyirlər, proses ciddiləşəndən sonra isə əhalinin üzərinə yıxırlar. Necə ki, indiki qlobal istiləşmə ilə bağlı vəziyyəti qoyun və mal-qaranın üzərinə atırlar ki, onlar ətraf mühiti çirkləndirirlər. Bununla da milləti ətsiz qoymaq istəyirlər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları