Yuxarı

Koronavirusa yoluxan xəstələrin adı açıqlana bilərmi? - QADAĞA VAR?

Koronavirusa yoluxan xəstələrin adı açıqlana bilərmi? - QADAĞA VAR?

Koronavirusa yoluxan xəstələrin adı açıqlana bilərmi? - QADAĞA VAR?

Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzə koronavirusla bağlı 3 nəfər müraciət edib.

Məlumata görə, bu şəxslər Azərbaycan, Rusiya və Çin vətəndaşlarıdır. Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü Abdul Atiba Çində ali təhsil alır, yanvar ayında sessiya tətili ilə əlaqədar Bakıya gəlib. Elman Həbib oğlu Mamiyev isə Rusiyanın Krasnoyarsk vilayətində yaşayır və Azərbaycana qonaq gəlib, 1969-cu il təvəllüdlüdür. 1996-cı il təvəllüdlü Çin vətəndaşı Zhenghai Liu Yousha isə Bakı Dövlət Universitetinin Tarix fakultəsində amerikaşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsidir.

Maraqlıdır, pasiyentlərin şəxsi məlumatlarının açıqlanması nə dərəcədə doğrudur?

Professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, şəxsiyyət göstəricisi deyil, xəstəlikdir, hamının başına gələ bilər. Ona görə də bu haqda informasiyanın verilməsində qəbahət yoxdur:

"Sadəcə olaraq, koronavirusla bağlı deyilir ki, burada yoxdur. Biz hələ indiyədək bununla bağlı karantin tədbirlərini düzgün görmürük. Əksər ölkələrdə karantin elan olunub. Türkiyədə, Gürcüstanda hansısa xəstələr varsa, Azərbaycanda da bunun olması realdır. Çinlə bizim aramızda ciddi əlaqələr var. Bütün bunlar hamısı göstərir ki, işimizi düzgün qurmalıyıq. Çünki profilaktika xəstəliklə mübarizədən daha az xərc aparır, ona görə də profilaktik tədbirlər görmək lazımdır. Elə xəstəlik var ki, anonim saxlanılır, məsələn HİV virusu (HİV - Human İmmunodeficiency Virus, yəni İİV - İnsan İmmunçatışmazlıq Virusu), çünki bədəndən çıxmır, onun daşıyıcısı olanlar cəmiyət tərəfindən diskriminasiya edilir. Amma həyati təhlükə daşıyan qısamüddətli infeksion üçün məlumat verilməlidir. Burada anonim saxlanılmasını xəstənin özü tələb etmirsə, buna ehtiyac yoxdur”.

Səyad Həsənli





Həftənin ən çox oxunanları