Yuxarı

Bakı məktəblərində virusa qarşı mübarizə: Xlorla aparılır

Bakı məktəblərində virusa qarşı mübarizə: Xlorla aparılır

Bakı məktəblərində virusa qarşı mübarizə: Xlorla aparılır


Bu gün məktəblilərin qış tətili başa çatıb və məktəblərdə ikinci yarımillik başlayıb.

Məlumdur ki, son zamanlar Çində yayılan koronavirusla bağlı ölkələrdə ciddi narahatlıq var.

Təmizlik qaydalarına xüsusi diqqət ayrılmağa başlayıb. Qonşu ölkələrdə olan virusun ölkəmizə keçməsi ehtimalı istisna edilmir. Əlaqədar qurumlar müvafiq tədbirlərin görüldüyünü elan edir.

Şagirdlərin qış tətilinin bitməsi ilə əlaqədar məktəblərin dezinfeksiya olunub-olunmaması maraq doğurur.

Bununla bağlı Cebhe.info bir neçə məktəbdəki vəziyyətlə maraqlanıb.

280 nömrəli tam orta məktəbdən virusla bağlı tədbirlər planının hazırlandığı bildirilib:

"Təşkilatçımız bu barədə tədbirlər planı hazırlayıb. Məktəb dezinfeksiya olunmayıb, amma xlorla yerlər silinib. O da məktəb daxilində öz işçilərimiz tərəfindən həyata keçirilib. Bunun üçün xüsusi göstəriş verilməyib, kimsə gəlməyib. Divarlar, masalar, qapılar hamısı silinib”.

Sorğumuzu cavablandıran 111 nömrəli tam orta məktəbin nümayəndəsi isə gigiyena qaydalarının məktəb rəhbərliyinin tapşırığı ilə həyata keçirildiyini deyib. O qeyd edib ki, bunun üçün digər aidiyyətiqurumların heç birindən xüsusi göstəriş verilməyib:

"Gigiyena qaydalarına bacardığımız qədər məktəb səviyyəsində riayət olunur. Bu məktəbdə bizim övladlarımız oxuyur. Hamımız valideynik. Bu gün lazımi tədbirlər görülür, heç bir narahatlıq yoxdur. Uşaqlar dərsə gəlmədən əvvəl bütün siniflər yuyucu toz vasitələriylə yuyulub, xlorlanıb, qapıların dəstəyi və s. silinib. Bu gün əsas məsələ uşaqların əl yumasıdır ki, bunun üçün WC-yə sabunlar qoyulub. Uşaqlar arasında da təbliğat işi aparırıq ki, hamı riayət eləsin”.

18 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Elxan Məmmədov isə özünün bu gün səhər saatlarında məktəbin xlorlanması ilə bağlı təlimat verdiyini deyib:

"Bütün xadimələrə sulu xlorlar vermişəm ki, qapının tutacaqlarını, WC-ni, pilləkanları, əl tutulan hər yeri, döşəməni silsinlər. Bu məktəb tərəfindən həyata keçirilib. Başqa qurum tərəfindən heç bir tədbir görülməyib, özümüz etmişik. Mən məktəbin təsərrüfat işinə baxıram. Bütün xəbərləri oxuyuram. Ona görə səhər-səhər işə gələn kimi bütün xadimələri toplayıb xlor verərək təmizlik işlərini görmələrini tələb etdim. Bu günlərdə ancaq belə tədbirlər görüləcək”.

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 521-ə çatıb, 17 335 nəfərdə isə koronavirus şübhəsi var. Baş konsul 21 558 nəfərin xəstəxanalardan evə buraxıldığını vurğulayıb.

Səyad Həsənli





Həftənin ən çox oxunanları