Yuxarı

Vətən şəhidləri ilə ucalır: Lerikli qəhrəmanın əziz xatirəsinə

Vətən şəhidləri ilə ucalır: Lerikli qəhrəmanın əziz xatirəsinə

Vətən şəhidləri ilə ucalır: Lerikli qəhrəmanın əziz xatirəsinə

Qarabağ torpaqların erməni quldurlarından təmizlənməsində canından keçmiş igidlərimiz minlərlədir.

Onlardan birindən - Qadir Əliyevdən danışmaq istəyirəm. Bu qəhrəman gəncin vətən eşqi ilə döyünən ürəyi dayananda 21 yaşının içində idi. Qadirin bu qısa ömür yolu başdan-başa paklıq, saflıq dünyasına bənzəyir. Özünü dərk edən gündən namuslu əməyə alışdı, xeyirxahlıq, doğruluq onun amalına çevrildi.

Qadir Ağababa oğlu Əliyev 1973-cü ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. Sonra ailəsi Biləsuvarın Aşağı Cürəli kəndinə köçüb. Qadir Sovet ordusunda hərbi xidmətini Azərbaycandan çox-çox uzaqlarda Rusiyanın o zaman Qorki (İndiki Nijni Novroqod-red) şəhərində keçib.

O zaman Sovet ordusunda özbaşınalıq, etnik zəmində qarşıdurma başlanmışdı. Qarabağda erməni quldurlarının hücumları ara vermirdi. Bu qanlı hadisələrdən qəzəblənən qeyrətli el oğlu vətənə qayıdir. Əlinə silah alıb, birbaşa cəbhəyə gedir. Yurdumuzun azadlığı uğrunda düşmənə ilk sarsıdıcı zərbəni Kəlbəcər rayonunun müdafiəsi zamanı vurur. Bu döyüşdə Qadir öz dəstəsi ilə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv edir.

Bundan sonra igid əsgərin qələbə sorağı həmişə qaynar nöqtələrdən gəlir. Hər döyüşdə cəsurluq, igidlik, mərdlik nümayiş etdirir, əsgər yoldaşlarına da mənəvi dayaq durur. Ən əsası işğal edilən Azərbaycan torpaqlarının hər qarışının, öldürülən hər bir soydaşımızın qisasını düşməndən almaq niyyəti ilə döyüşə atılır. Bir-birindən çətin, qeyri-bərabər müharibə meydanlarında daşnaklara qan qusdurur.

1994-cü il fevralın 13-ü Qadir üçün son gün olur. Kəlbəcər uğrunda qanlı döyüşdə Qadir və dostları düşmənə ağır itki verirlər. Lakin bu döyüşdə Qadir şəhidlik zirvəsinə ucalır.

Qadir şəhid olur, lakin onun xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü





Həftənin ən çox oxunanları