Yuxarı

"Fəxri xiyabanda da oğurluq olur" - Gözətçilər gecə işinə razılaşmır - AÇIQLAMA

"Fəxri xiyabanda da oğurluq olur" - Gözətçilər gecə işinə razılaşmır - AÇIQLAMA

Yasamal rayon qəbiristanlığında qəbirlərdən birinin üzərində quraşdırılan bürüncdən hazırlanan lövhə oğurlanıb.

Fevral ayının 8-i Yasamal Rayon Polis İdarəsi (RPİ) 28-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri N.Yarıyev, H.Mustafayev və S.Vahabov saxlanılıblar.

Maraqlıdır, qəbiristanlıqlar necə qorunur?

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (ƏVXT) baş mühəndisi Sabir Həsənov Cebhe.info-ya açıqlama verərək bildirib ki, oğurluq halları adətən, gecələr olur:

"Qəbiristanlıqlarda nəzarətçi olur, ancaq onlar saat 7-dən sonra evinə gedir. Nəzarətçi sayını artırmaq mümkündür, bunun üçün müəyyən işlər görmək lazımdır. Gecə qəbiristanlığa nəzarət etməyə çox adam razı olmaz. Oğurluq halına qarşı əlbəttə ki, tədbir görülür, bu barədə polisə məlumat verilir.

Yasamal qəbiristanlığında da, Fəxri xiyabanda da, Suraxanı qəbiristanlığında da dəfələrlə oğurluq halları ilə rastlaşmışıq. Polisə bu haqda məlumat verildikdən sonra polis nəzarəti artırıb. Lakin qəbiristanlığın hər yeri açıqdır, ərazini tam şəkildə qorumaq mümkün deyil. İlk növbədə vətəndaşın özü tərəfindən qəbiristanlığın qorunmasına məsuliyyət hissi olunmalıdır”.

Səyad Həsənli





Həftənin ən çox oxunanları